TƏLİM NƏTİCƏSİ 2
2. “Teatr” tipli yerləşdirmə
Sinif tipli yerləşdirmə ilə eyni formada olur, lakin iştirakçıların qarşısında masa olmur. Bu tip daha çox insanı yerləşdirməyə imkan verir.
Şəkil 2. "Teatr" tipli yerləşdirmə
3. “Amfiteatr” tipli yerləşdirmə
Əgər məkanın eni uzunundan daha çoxdursa, o zaman amfiteatr görünüşü yaradıla bilər.
Şəkil 3. "Amfiteatr" tipli yerləşdirmə
4. “Nal” formalı yerləşdirmə.
Bu yerləşdirmə tipi seminarlar, fərdi konsultasiyalar, sual-cavab tipli tədbirlər, qonaqların interaktiv iştirakı nəzərdə tutulan tədbirlər üçün əlverişlidir. Adətən, bu tip yerləşdirmə iştirakçıların sayının az olacağı hallarda tətbiq edilir.