TƏLİM NƏTİCƏSİ 1
• Qruplar şəklində ayrılın və tədbir təşkilatçısı agentliyi olaraq hansı növ tədbirləri təşkil
etdiyinizi sadalayın. Hər bir tədbirlə bağlı qısa xülasə verin.
• Tədbir təşkilatçısı olaraq özünüzün hansı yüksək keyfiyyətlərə sahib olduğunuzu sadalayın.
• İştirakçısı olduğunuz və ya barəsində məlumatınız olan hansısa tədbiri və o tədbirin
təşkilatçılığındakı gördüyünüz müsbət və mənfi tərəfləri təsvir edin.
• Qruplara ayrılın. Tədris müəssisəmizin nəzərdə tutulmuş tədbirlərini sadalayın.
• Qruplara ayrılın və hər bir qrup olaraq tədbir seçin. Tədbirin konsepsiyasını hazırlayın.
• Tədbirin hansı məqsədlərə və hansı auditoriyaya istiqamətləndiyini müəyyənləşdirin. Bunun üçün yerinə yetirilməli olan vəzifələri sadalayın.
• Dərslikdə qeyd edilmiş tədbirin məqsədlərindən əlavə hansı istiqamətlər ola biləcəyini və bu istiqamətlərin təsviri barədə məlumat hazırlayın.
• Qruplar şəklində ayrılın. 1 qrup sifarişçi olaraq tədbir istəklərini bildirir, digər qruplar tədbir təşkilatçısı olaraq sifarişçinin istəkləri üzrə konsepsiyanı hazırlayır və təqdimatını edir. Sifarişçi qrup hər bir təşkilatçı qrupun təqdimatını qiymətləndirir.
• Qruplara ayrılın və hər bir qrup olaraq tədbir müəyyənləşdirin. Tədbirin adını və mövzusunu elan edin.
• Digər qrupun hazırladığı tədbir adı və mövzu üzrə ssenari hazırlayın.
• Digər qrupun hazırladığı ssenari üzrə təqdimat edin.
• Qruplara ayrılın və hər hansı xüsusi (standart təkrarlanmayan) tədbir mövzusu hazırlayın.
• Qruplara ayrılın. Tədris müəssisəmizin həyata keçirilməsi nəzərdə tutulan tədbirləri üçün ssenari hazırlayın və təqdimatını edin.