3. Spirtli içki və narkotik vasitələrdən istifadə etməməli, qumar oymamalıdır.
4. İş vaxtı saqqız çeynəməməlidir.
5. Qonaqlardan pul, bəxşiş, çay pulu və s. istəməməlidir.
6. Mehmanxanaya məxsus avadanlıq, əmlak, ləvazimatı qorumalıdır
7. Müdriyyətin təlimatlarına diqqətlə yanaşmalı və yerinə yetirməlidir.
8. Mehmanxananın mütəmadi təşkil etdiyi təlimlərdə iştirak etməlidir.
9. Personal texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət etməlidir.
10. Personal sanitar-gigiyenik normalara riayət etməlidir.
Mehmanxana personalının xarici görünüşü və şəxsi gigiyenası üzrə qoyulan tələblər:
1. Qadın personalın saçı çiyinlərdən aşağı düşürsə, saç üzü örtməməli, lent və ya sancaqla
tutulmalıdır.
|
2. Kişi personalın üzü təmiz qırxılmış, bığ və ya saqqal səliqəli
şəkildə tutulmalıdır.
3. Ayaqqabılar rahat, yaxşı vəziyyətdə və parıldayanadək
təmizlənmiş olmalıdır.
4. Dezodorantlardan məhdud dərəcədə istifadə olunmalıdır.
5. Personalın nəfəsi həmisə təravətli olmalı və
qıcıqlandırmamalıdır
|
6. Qadın personal ziynət əşyalarından minimum dərəcədə az
istifadə etməlidir. Ənlik-kirşanı parlaq olmamalı, dırnaqlar təmiz, qısa və manikürlü olmalıdır.
1.2.1. OTELLƏRİN NÖMRƏ KATEQORİYALARINI VƏ YATAQ NÖVLƏRİNİ FƏRQLƏNDİRİR
MEHMANXANA NÖMRƏLƏRİ
Mehmanxana nömrələri otaqların sayına, konfortuna ( rahatlığına) , avadanlığına, mebelinə,
sahəsinə və s. meyyarlarına görə təsnif olunur.
1.
Single room - 1 çarpayılı 1 otaq
2.
Double room - 2 çarpayılı 1 otaq
3.
Triple - 2 çarpayılı və divanı olan nömrə
4.
Quad - 4 çarpayılı nömrə
5.
French bed - ər və arvad üçün nəzərdə tutlan 2 yerli böyük çarpayılı nömrə
6.
Sunior suite - 2 yerli 1 otaqlı yaxşı təchiz olunmuş geniü nömrə