1.1.1. TƏSƏRRÜFAT İŞÇİSİNİN FUNKSİYA VƏ VƏZİFƏ ÖHDƏLİKLƏRİNİ İCRA EDİR
MEHMANXANA PERSONALI AŞAĞIDAKI TƏLƏBLƏRƏ ƏMƏL ETMƏLİDİR
1. Ünsiyyətli və xoşməramlı olmalıdır.
2. Qonağın qarşılanması, xidmət göstərilməsi, münaqişəli vəziyyətlərin həll edilməsi və çıxış
yolunun tapılması personal üçün mühüm amildir.
3. Qonağa tez, dəqiq və səliqəli xidmət göstərmək və diqqətli olmaq lazımdır.
4. Qonağa tam və dəqiq məlumat verməli, istək və arzularını imkan daxilində yerinə yertirməyə
çalışmaq lazımdır.
5. Qonağın hər bir şikayət və şərhinə təmkinlə qulaq asmalı və bu barədə müdriyyətə məlumat
verilməlidir. Qonaqla mübahisə etmək olmaz.
6. Personal iş yerində kənar işlərlə məşğul olmamalıdır.
7. Personal mehmanxananın daxili intizam qaydalarına, vəzifə təlimatlarına riayət etməlidir.
8. Qonaqla qarşılıqlı münasibətdə daim ədəbli, nəzakətli olmaq və hörmətlə yanaşmaq lazımdır.
|
Uniforma:
Uniforma personalın vizit kartıdır. Mehmanxana
personalı müəyyən olunmuş uniformanı iş zamanı
geyinməli və işinin adı və vəzifəsi yazılan döş
nişanını taxmalıdır. Uniforma təmiz və səliqli
saxlanmalıdır. Uniforma işdən sonra, xüsusi geyim
şkaflarında saxlanılmalı və mehmanxanadan kənara
çıxarılmamalıdır.
Tibb məsələlərinə aid tələblər:
|
1. Bütün işçilər mütəmadi tibbi müayinədən
keçməli və müvafiq arayış və ya sənəd almalıdır. Mehmanxana personalı ən azı ildə 1 dəfə ümumi tibbi
müayinədən keçməli və sağlamlığının vəziyyəti barədə müvafiq arayışı mehmanxana rəhbərliyinə
təqdim etməlidir. Tibbi müayinədən keçməyən və yaxud sağlamlıqla bağlı tələblərə cavab verməyən
işçi işə buraxılmır.
Yuxarıda göstərilənlərdən başqa mehmanxana personalı digər tələbləri də yerinə yetirməlidir:
Qonaqlar üçün nəzərdə tutulan sanitar qovşaqlarından (duş, tualet) istifadə etməməli və yalnız
personal üçün nəzərdə tutulan sanitar qovşaqlarından istidə etməlidir.
1. Siqareti xüsusi ayrılan yerlərdə çəkməlidir.
2. Qonaqlara məxsus tapılan əşyaları xüsusi jurnalda qeyd etməli, sahibinə çalışıb çattırmalı və
müdriyyəti məlumatlandırmalıdır.