3. Əllərinizə yaxşı qulluq edin- əlləriniz çirkləndikdə onları dərhal
yuyun, əllərinizi düzgün
yuyun, onları yaxşıca qurulayın və dəri kremlərindən müntəzəm şəkildə istifadə edin.
4. İş yerinizi yaxşıca havalandırın.
Təsərrüfat işçiləri kimyəvi vasitələrlə bahəm elektrik avadanlıqları ilə də daim təmasda olur. Ani
ehtiyatsızlığa yer vermək olmaz. Mehmanxanada elektrik təhlükəsizliyi qaydaları riayət olunmalıdır.
Elektrik cərəyanı ilə zədələnmə əsasən aşağıdakı hallarda baş verə bilər:
1. cərəyan altında olan naqilə təsadüfən toxunanda
2. elektrik avadanlığının xarici metal hissələri izolyasiya olmadıqda
3. elektrik qurğunun keyfiyyətsiz yerə birləşdirilməsi olduqda
4. elektrik avadanlığı və ya qurğusu hasara alınmadıqda
Mehmanxana müdirinin əmrinə əsasən elektrik işləri ilə 18 yaşından yuxarı təlim keçən personal
məşğul ola bilər.
1.5. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
|
|
•Otel şəraitində istifadə olunan təmizlik vasitələri və kimyəvi vasitələrini müstəqil şəkildə
araşdırın.
•Kimyəvi vasitələrlə istifadə qaydaları haqqında sinif şəraitində müzakirələr aparın.
•Kimyəvi vasitələrdən düzgün istifadə edilmədikdə yaranan xoşa gəlməz hallar haqqında
düşünün və fikirlərinin bölüşün.
•Aşağıda gördüyünüz təmizləyici maddələr haqqında düşünün və bildiklərinizi qeyd edin.