TƏLİM NƏTİCƏSİ 4 |
Təsərrüfat işləri üzrə nəzarətçilərin adətən istifadə etdikləri kimyəvi vasitələrə bunlar daxildir:
1. Müxtəlif səthlər üçün təmizləyici maddələr;
ZomaDEX - pas təmizləyici maddə İstifadəyə hazır acı tərkibli yüksək konsetratlı vasitədir. İstifadə edildikdən sonratəmizlənən sahənin su ilə durulanması məsləhət görülür. |
Zoma Floor Cleaner - döşəmə üçün yuyucu vasitə Döşəmələri təmizləyərkən 10 litr suya 2 qapaq bu təmizləyici maddədən əlavəetmək kifayətdir. Bu maddənin sərt səthlər üçün istifadəsi tam təhlükəsizdir.İstifadədən sonra xoş təravətli ətir saçır. |
Zoma Economic - yağlı ləkələr üçün təmizləyici maddədir Bu vasitə paslanmayan, polatdan, keramik plitədən, alüminium səthlərdən yağ, barmaq izləri, və buna oxşar ləkələri asanlıq ilə təmizləyir. Uzun müddət qalmış ləkələrə effektiv təsir edir və daimi istifadədə oxşar ləkələrin yaranmasına mane olur. |
Zoma Rapid - dezinfeksiya maddəsi
Mətbəxt avadanlıqlarının və digər sərt səthlərin sürətli və effektiv dezinfesiya etməsini
təmin edən spirt və bakterisidlərin optimal qarışığıdır.
|
Əlavə vedrə üçün press Mop üçün mexaniki press. Korpusu zərbəyə davamlı plastikdən istehsal edilib. Təmizləyici personalın işini dəfələrlə asanlaşdırır. |
Tək bölməli presli vedrə Zərbəyə davamlı plastikdən hazırlanıb. Vedrənin üzərində xüsusi mexaniki press quraşdırılıb, o da təmizlik işlərini asanlıq ilə həyata keçirməyə imkan yaradır. |