TƏLİM NƏTİCƏSİ 3 |
Təsərrüfat şöbəsi, nömrələrin yığışdırılmasından başqa, dəhlizlərin, vestibülün, soyunub geyinmə otaqlarının, ofislərin,xidmət və yardımçı yerlərin, pilləkanların, istirahət və kütləvi tədbirlər keçirilən yerlərin yığışdırılıb təmizlənməsini həyata keçirir. Bu sahələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu ictimai yerlərdə insan axını daha çoxdur. Ümumi istifadə üçün olan ictimai yerlər adətən səhər tezdən, axşam və ya gecə yığışdırılır. Ümumi ictimai sahələrin yığışdırılıb təmizlənməsi işi aşağıdakı qaydalarla aparılır: Yuyucu vasitələrlə döşəmələrin yuyulması, döşəmənin mexaniki yuyulması; Xüsusi vasitələrlə metal alətlərin və avadanlıqların sürtülüb təmizlənməsi; güşələrin, qapıların, çərçivələrin, pəncərə altlarının və güzgülərin təmizlənməsi; Zibil qutularındakı zibillərin atılması; Külqabıda olan zibillərin atılması və silinməsi; Masa və sütunların tozunun alınması, qaydaya salınması.
Ümimi ictimai sahələrin təmizlənməsi aşağıdakı
ardıcıllıqla yerinə yetirilir: Yığışdırılan yerin havalandırılması, kreslo və divanların, jurnal masalarının, gülqablarının, güzgülərin tozunun alınması; Parket döşəmələrdən toz soran vasitəsilə tozun alınması; Bütün digər döşəmələrin, o cümlədən vestibule döşəmələrinin yuyulması. Nömrələrdə elektrik cihazlarını |
dəyişdirilir, səbətlər təmizlənir. İldə iki dəfədən az olmayaraq şüşələr yuyulur (yaz və payızda). Gündüz vaxtı xadimələr və şvesarlar vüstibülün giriş qapısının, pəncərənin təmizliyinə nəzarət edir Təmizlik işinin məqsədi təkcə mehmanxananın cazibədarlıq imicini yaratmaq deyil, otelin təmizliyi qonaqların sağlamlığı, mebellərin, xalıların və digər mehmanxana avadanlıqlarının və ləvazimatların ömrünün uzadılması üçündür. Təsərrüfat şöbəsinə otelin |