qeyd olunur
(guest account, guest bill, guest statement). Bu kart hesabda,
həmçinin qonağın əvvəlcə ödənilən və ya
onun əvəzinə təşkilatın ödədiyi hesablar qeyd olunur.
Bu kart-hesaba əsasən, qonaq oteli tərk edərkən, ona
ödənilmiş hesab təqdim olunur. Adətən, bu hesaba
yaşayış, səhər yeməyi (yaşayış hesabına daxil olmayan)
restoranda yemək (yerində ödənilməyibsə),
|
|
telefon,
kabel televiziyası (pullu kanaldan istifadə edibsə), əlavə xidmətlər (paltarın yuyulması, kimyəvi
təmizləmə, avtomobil sifarişi, ekskursiya, otağa yemək sifarişi (room service), sauna və s.
daxildir.
Qonağın mehmanxananı tərk etməsinin qeydiyyatını aparan bölmə, digər bölmələri bu barədə
məlumatlandırır (informasiya, telefon və ilk növbədə təsərrüfat bölməsi). Bu məlumatdan sonra,
gedən qonağın otağını yığışdıran təsərrüfat bölməsi, qəbul və yerləşdirmə bölməsinə məlumat verir.
Qonaq mehmanxananı tərk edərkən, onun vizit kartında, tarix, nömrəni tərk etmə vaxtı və yükünün
sayı qeyd olunur və sonra bu vizit kartı qəbul və yerləşdirmə bölməsinə təqdim olunur. Sonda, qəbul
və yerləşdirmə bölməsinin işi barəsində bir sıra xüsusiyyətləri nəzərdən keçirək. Gecə növbəsində
çalışan inzibatçı növbə ərzində aparılan işi yekunlaşdırır, digər bölmələrdən
|
alınan məlumatları
tutuşdurur və səhər növbəsinin inzibatçısı üçün
nömrə fondu haqqında hesabatı hazırlayır (boş,
bronda olan, təmirə dayanan nömrələr, otelə gələcək
və gedəcək qonaqlar barədə, qonaqların otelə
borcu və s. məlumatlar). Gecə inzibatçısı növbə
ərzində menecerin funksiyasını yerinə yetirir, lakin
çətin vəziyyət yaranarsa, şöbənin müdiri ilə əlaqə
yaratmalı və onun verdiyi göstərişləri, tövsiyyələri yerinə yetirməlidir. Qəbul və
yerləşdirmə bölməsinin
|
əməkdaşı müxtəlif qonaqlarla təmasda olur və bu işin xüsusiyyətlərini nəzərə almalıdır. Məsələn,
turist qrupunun qəbulunu nömrələrə yerləşdirilməsini tezləşdirmək üçün əvvəlcədən hazırlıq
görmək lazımdır (turistlərin siyahısı, vizit kartları, açarları hazırlamaq, şvesar (qapıçı), xidmətçi
(bell boy), tərcüməçi (xüsusi qrup üçün tələbolunarsa) hazırlıqlı olmalıdır. Mehmanxanaya gələn
turist qrupu, geniş və yeni məlumatlar almaq istəyir (mehmanxanaya hansı nəqliyyat işləyir, şəhərin
görməli yerləri harada yerləşir və s.) və bununla əlaqədar inzibatçıya müraciət edirlər. Bundan əlavə
inzibatçı, gələn turist qrupu haqqında restorana vaxtında xəbər verməlidir ki, ofisiantlar masanı servirovka (düzülüşü)