|
və döşək üzü dəyişdirilir. Otelin meneceri işlədilən
döşək ağlarının keyfiyyətinə nəzarət etməlidir.
Nömrəyə əzilmiş, kirlənmiş, dəliyi olan və ləkəli
mələfələr vermək olmaz. Mələfələr və döşək ağları
tər-təmiz yuyulmalı, nişastalanmalı və yaxşıca
ütülənməlidir. Mələfələrdə nöqsan aşkar edildikdə
onu mütləq dəyişdirmək və təhvil vermək lazımdır.
Onları çirkli mələfələrə qatmaq olmaz. Əgər mələfə
müştərinin günahı üzündən yararsız hala
|
gəlibsə, bu
zaman xadimə bu barədə mərtəbə nəzarətçisinə məlumat verməlidir. Bu zaman otağın təmizliyinin
aparılması və mələfənin dəyişdirilməsini qonağın yanında etmək və ona mübahisəli məsələni başa
salmaq lazımdır. Mələfələrin dəyişdirilməsi ilə çamaşırxanaya göndərilir, yuyulandan sonra baxılır,
çamaşırxananın günahı üzündən hər xadimələr və ya baş xadimələr tərəfindən aparılır. Bunun üçün
mərtəbədə olan otaqların sayının 20%-i qədər əlavə mələfələr, döşək üzləri və s. saxlamaq lazımdır.
Əgər bu mümkün olarsa, xadimə, günün istənilən saatında mələfənin dəyişdirilməsi işini yerinə
yetirə bilər.
Xadimə növbə ərzində dəyişəcəyi mələfələri ayrıca şkafda
saxlamalıdır. Daha bir mühüm məsələ ondan ibarətdir ki, qonaq
nömrədə olarkən, mələfələr, döşək üzləri dəyişdirilməməli
və yığışdırılmamış və təmizlənməmiş otağa qonaq əşyalarını
qoymamalıdır. Mehmanxana mələfələrinin yuyulması
mehmanxananın çamaşırxanasında aparılır. Çamaşırxana işçiləri
mərtəbə xadimələrindən istifadə olunmuş mələfələri qəbul edirlər.
Mərtəbədən çıxan çirkli
|
|
mələfələr xüsusi çeşidlənir, kisələrə
yığılıb qaimə hansı qüsurlar əmələ gəlibsə, bu zaman tələbnamə yazılır. Yataq dəstini yığışdırandan
sonra xadimə yazı masasını yığışdırır. Xadimə masanın üstündə olan kitabları, əlyazmaları, işgüzar
kağızları oxumamalıdır. Xadimə külqabını təmizləyərkən, əlavə şeylərin qalmamasına diqqət
etmək, lazımdır. Sonra nəm əsgi ilə telefon aparatının və masaüstü lampanı, quru əsgi ilə isə
kitabları, jurnalları, və televizoru silmək lazımdır. Bundan sonra xadimə xalıları, çarpayı önündəki
kiçik xalıları, pərdələri mebelləri təmizləməli və həmçinin divardakı və yerdəki tozları tozsoran
vasitəsi ilə almalıdır. Tozsoranla işlədiyi zaman xadimə təhlükəsizlik qaydalarına riayət etməlidir.