Yığışdırılma və təmizlik işi aparılan zaman ilk növbədə
nömrənin havası dəyişdirilməlidir. Üç otaqlı nömrələrin
yığışdırılmasında aşağıdakı ardıcıllıq saxlanılır: əvvəlcə yataq otağı,
qonaq otağı, giriş və sonda san qovşağı yığışdırılır və təmizlənir.
İki otaqlı nömrələrdə ilk öncə yataq otağı, sonra isə qonaq otağı
və san qovşağı yığışdırılır və təmizlənir. Bir otaqlı nömrələrdə
isə nahar masasından başlamaq daha məqsədə uyğundur. Əgər
masanın üstündə yemək qalıbsa, onları soyuducuya qoymaq və ya
üstünü salfetlə örtmək lazımdır. Əgər yemək restorandan gəlibsə,
o zaman ofisiant çağırılır, restorana məxsus qablar göndərilir,
nömrəyə aid olan qablar isə yuyulub qurudulur və şkafa qoyulur.
Bir çox otellərdə nahar masasının üstü plastikdən olur. Onu
əvvəlcə nəm, sonra isə quru əsgi ilə silmək məsləhətdir. Əgər
masanın üstü hamardırsa (polirovka),
|
|