750 nəfərlik ziyafət zalı 4 restoranı (Badamdar qızıl qəfəs və.s) beş bar və kafe və s.
|
Fairmont Hotels - Fermont hotelinin ilk açılışı 1907-
ci ildə San Fransisko (ABŞ) şəhərində olub. Fermont
brendi illər keçdikçə dünyada dahada məşhurlaşır.
Fermont hotellərinin əsas qonaqları yüksək təbəqəli
mənsub olan insanlardır.
|
1.5. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
|
|
• Otel mühitində baş verə biləcək münaqişəli vəziyyətlər haqqında düşünün və bir otel
personalı olaraq bu vəziyyətdən çıxış yolunu tapmağa çalışın.
• İnternet resurslarından yararlanaraq sərbəst şəkildə müxtəlif otel markalarına məxsus
uniformalar haqqında araşdırmalar aparın.
• Mehmanxana işçisindən tələb olunan tibbi arayışın əhəmiyyəti barədə düşünün və fikirlərinizi
bölüşün.
• Aşağıdakı şəkilləri Mehmanxana işçisinin xarici görünüş standartlarına əsasən müqayisə
edin.
• Mehmanxana nömrələrini araşdırın, mənimsəyin və bu mövzuda sərbəst şəkildə slayd shov
hazırlayın.
• Mehmanxana nömrələrinin növlərini bir-birindən fəqləndirən xüsusiyyətləri izah edin.
• Single room və double room kateqoriyalı nömrələri bir birindən fərqləndirin.
• Aşağıda əks olunan nömrə kateqoriyalarını müəyyənləşdirin.