1.2.1.
ÖN BÜRO ŞÖBƏSİNDƏ BAŞ İNZİBATÇININ GÖRMƏLİ OLDUĞU İŞLƏRİ VƏ ƏSAS VƏZİFƏLƏRİNİ
DANIŞIR
ON BÜRO ŞÖBƏSİNDƏ BAŞ İNZİBATÇININ YERİNƏ YETİRDİYİ ƏSAS VƏZİFƏLƏR
Qəbul və yerləşdirmə bölməsinin inzibatçısı (resepşenist), şvesardan (qapıçı və ya bellboy) sonra qonağı qarşılayan və təmasda (kontraktda) olan otelin ilk rəsmi əməkdaşıdır. İnzibatçının mehmanxanaya gələn qonağı, xoş təbəssümlə qarşılayıb, salamlaşması, rəsmi sənədlərin (bron, anketin doldurulması, ödəniş və s.) tez qeydiyyatı və s. müştəridə otel haqqında gözəl təəssürat yaradır.
Mehmanxanaya gələn müxtəlif xarakterli müştərilərlə ünsiyyətdə olan bölmənin əməkdaşı psixoloji cəhətdən hazırlıqlı olmalı, qonağın istək və arzularını (məsələn, qonaq sakit və ya əyləncəli yerlərə üstünlük verir, daha çox nə arzu edir və s.) bilməyə çalışmalı, hər bir müştərinin ürəyinə yol tapmalıdır. Bölmənin əməkdaşı, otel haqqında geniş və ətraflı məlumata malik olmalıdır (hər bir nömrənin üstün və çatışmayan cəhətlərini, qiymətini, otelin xidmət sahələrini, iş vaxtını, yerini, şəhər nəqliyyatının otellə birləşdirən marşrutlarını, teatr və muzeylərin iş vaxtını, yerini və s.). Qonağı qəbul edən bölmənin əməkdaşı, bronu dəqiqləşdirməli (nömrənin dərəcəsi, rahatlıq şəraiti, qiyməti, oteldə qalma müddəti və s.) və anketi təqdim etməlidir. Bunlardan başqa, qəbul və yerləşdirmə bölməsi, digər funksiyaları da yerinə yetirir. Bu funksiyalar aşağıdakılardır:
Nömrələri müştərilərə satmaq, boş nömrələri təyin etmək, müştəriyə hesab təqdim etmək, qonaq otelə gəlməmişdən əvvəl, onun nömrəsini hazırlamaq, nömrə fondunun kartını tərtib etmək və s. iri və orta mehmanxanalarda bu tip əməliyyatlar, xüsusi kompüter proqramları ilə yerinə yetirilir. Kiçik mehmanxanalarda bu məqsədlə xüsusi özəkləri olan lövhələrdən istifadə olunur. Bir qayda olaraq, nömrələrin açarları qəbul və yerləşdirmə bölməsində saxlanılır və qonaqlara verilir. Bu açarlar stelajın (qəfəs) özəklərində (room rack) saxlanılır. Bu özəklərdə, açardan əlavə nömrə haqda məlumat (tarif, dərəcə, xüsusiyyət, təchiz olunma və s.) kartı saxlanılır. Nömrə müştəriyə satılandan sonra, özəyə müştəri haqda məlumat qoyulur (adı, soyadı, tarif, qalma müddəti və s.). Bu kartlar müxtəlif rəngdə olur. Məsələn, nömrə bron olduqda, müəyyən rəngli kart qoyulur. Rəngli kartlar vasitəsi ilə inzibatçı (resepşinist) nömrələrin bronda, boş olmasını və ya qonağın yaşadığını təyin edir.
Adətən qonaq vizit kartı göstərməklə və ya hansı nömrədə yaşadığını deməklə otelin xidmətlərindən istifadə edə bilər. Oteldə qonağa göstərilən əlavə xidmətlərin hesabı, “Front Office”-ə təqdim oluna bilər.
Qonaq haqqında kartoteka, müştərinin oteldə nömrə almasından sonra doldurulur.