Gecə inzibatçısı növbə ərzində menecerin funksiyasını yerinə yetirir, lakin çətin vəziyyət yaranarsa, şöbənin müdiri ilə əlaqə yaratmalı və onun verdiyi göstərişləri, tövsiyyələri yerinə yetirməlidir.
Qəbul və yerləşdirmə bölməsinin əməkdaşı müxtəlif qonaqlarla təmasda olur və bu işin xüsusiyyətlərini nəzərə almalıdır. Məsələn, turist qrupunun qəbulunu nömrələrə yerləşdirilməsini tezləşdirmək üçün əvvəlcədən hazırlıq görmək lazımdır (turistlərin siyahısı, vizit kartları, açarları hazırlamaq, şvesar (qapıçı), xidmətçi (bellboy), tərcüməçi (xüsusi qrup üçün tələb olunarsa) hazırlıqlı olmalıdır).
Mehmanxanaya gələn turist qrupu, geniş və yeni məlumatlar almaq istəyir (mehmanxanaya hansı nəqliyyat işləyir, şəhərin görməli yerləri harada yerləşir və s.) və bununla əlaqədar inzibatçıya müraciət edirlər. Bundan əlavə inzibatçı, gələn turist qrupu haqqımda restorana vaxtında xəbər verməlidir ki, ofisiantlar masanı servirovka (düzülüşü) etsinlər və turist qrupunu qarşılasınlar.
Məlumdur ki, mehmanxanada yaşayan biznesmenlər əlavə xidmətlərdən daha çox istifadə edirlər və hesablaşmada bir sıra problemlər ortaya çıxır. Məsələn, qonağı dəvət edən təşkilat və ya qonaq özü pulu ödəməlidir kimi suallar meydana çıxa bilər. Qəbul və yerləşdirmə bölməsinin əməkdaşları mehmanxanada qalan əlil qonaqlara daha çox qayğı və diqqət yetirməlidirlər.
VIP-qonaqların təhlükəsizliyinə diqqət yönəltmək vacibdir. VIP-qonaqlara oteldə növbədənkənar xidmət göstərilir, onların qəbulu, qeydiyyatı və sənədləşdirilməsi yerinə yetirilir.
“Front Office”-in əməkdaşları,qonaqlarla daha çox birbaşa təmasda olur, bunun üçün bu işçilərlə xüsusi təlimlər keçirilir. “Front Office”-in işçiləri düzgün davranış qaydalarını (gülümsəməyi, jest və duruş qaydalarını) bilməlidir. “Front Office”-in əməkdaşı qonağa əlavə xidmətləri təklif etməli, bahalı otağı satmağı bacarmalı, qonaq oteli tərk edərkən məmnun qaldığı barədə soruşmalı və yenidən dönməsini arzulamalıdır. göbənin əməkdaşı yaxşı hafizəyə malik olmalı, daimi qonaqları üzdən tanımalı, ona ad və ya soyadla müraciət etməlidir. Bu qonaqda xoş təəssürat və məmnunluq yaradır, çünki, onu yaşadığı otağın nömrəsi ilə deyil, məhz ad və soyadlatanıyırlar.
Qəbul və yerləşdirmə bölməsi müdiriyyət üçün gündəlik hesabat hazırlayır (nömrə və yerlərin müştərilərə satılması, VIP-qonaqlar və s. haqqında məlumat verir). İri mehmanxanalarda məlumat bölməsi fəaliyyət göstərir. Bu bölmə, mehmanxana, nömrələr, oteldə keçirilən tədbirlər, nəqliyyat sifarişi, ekskursiya və s. haqqında məlumat verir.
Bir sıra otellərdə təhlükəsizlik məqsədilə mehmanxanada yaşayanlar barəsində məlumatları çox ehtiyatla verirlər. Məsələn, qonağın hansı otaqda yaşamasını soruşan hər hansı bir şəxsə, bölmənin əməkdaşı cavab verir ki, siz telefon nömrəsini saxlayın, əgər qonaq bizim oteldə yaşayırsa, biz ona məlumatı çatdırarıq və ya oteldə yaşayan qonağın icazəsi olandan sonra, onu soruşan şəxs otağa buraxılır.