Müştərinin adı yazılmış çekdə, tələb olunan məbləği yazmaq olur. Bu çekdə yazılmış məbləğ, mehmanxananın hesabına müəyyən vaxtdan sonra keçir. Dünyada aparılan təhqiqatlara əsasən, inkişaf etmiş ölkələrdə ödənişlər əsasən nağdsız aparılır. Hesablaşmalarda birinci yerdə kredit kart, ikinci yerdə çek və üçüncü yerdə nağd ödənişlər yer tutur.
4.3.1. ÖN KASSA BÖLÜMÜNÜN İŞLƏRİNİ TƏŞKİL EDİR
MEHMANXANADA YAŞAMAĞA GÖRƏ HESABLAŞMA QAYDALARI
Mehmanxana xidmətlərini təqdim etmə qaydalarına uyğun olaraq, yaşayış üçün vahid hesablaşma vaxtı, yəni yerli vaxtla saat 12:00-dan müəyyən olunmuşdur. Yaşayış üçün ödəniş, qonağın günün (sutka) hansı saatında, otelə gəlməsindən asılı olmayaraq saat 12:00- dan hesablanır. Qonaq oteldə nömrəni, ancaq bir gün qalmaq üçün götürürsə, bu nömrədə neçə saat yaşamasından asılı olmayaraq bir günün (sutka) tam pulunu ödəməlidir.
Qonaq müəyyən olunmuş hesablaşma vaxtından (12:00-dan, 17:59-dək) oteldən gec gedirsə, saat hesabı pul ödəməlidir. Qonaq saat 18:00-dan 23:59-dək oteli tərk edirsə, yarım günün (yarım sutka) pulunu ödəməlidir. Qonaq oteli 12 saatdan gec tərk edirsə, tam günün (tam sutka) pulunu ödəməlidir.
Mehmanxanada yaşayışa görə hesablaşmanın qaydaları aşağıdakı şəkildə göstərilib.
1.
Qonaq, oteldə birgündən az yaşayır və tam bir günün pulu ödənilir;
2.
Qonağınotelə saat neçədə gəlməsindən asılı olmayaraq, 1 fevral saat 12:00-dan (vahid hesablaşma vaxtı), 3 fevral saat 12:00-dək ödəniş verilir. Bu halda qonaq iki günün pulunu verir;
3.
Qonaq oteldə 1 yanvar saat 12:00-dan, 3 yanvar saat 15:00-dək yaşayırsa, 2 gün və əlavə 3 saatın
pulunu verməlidir (mehmanxanada nömrənin dərəcəsindən asılı olaraq saat hesabı preyskurantı, qiymət siyahısı)olmalıdır.
4.
Qonaq oteldə 1 noyabr saat 20:00-dan, 3 noyabr saat 20:00-dək yaşayırsa, 2 gün və əlavə yarım günün pulunu ödəməlidir. Çünki qonaq oteli saat 18:00-dan sonra tərk edir;