4.1.1. QONAQ HESABATININ XÜSUSİYYƏTLƏRİNİ DANIŞIR
OTELDƏ YAŞAYAN QONAQLARLA APARILAN HESABLAŞMANIN NÖVLƏRİ
Oteldə yaşayan qonaqlara satılan xidmətlərə görə açılan hesaba qonaq hesabı deyılır. Qonaq hesabının xüsusiyyətlərini 4 yerə ayıra bilərik:
1. Qonaq hesabının yoxlanılması diqqət tələb edir və məsuliyyətli prosesdir. Qonaq check outu
etdikdən sonra bəzən hesabın başqa şobələrlə uzlaşmasında uyğunsuzluq (qonağın əlavə xərclərinin
olması) ortaya çıxa bilər.
2. Oteldə qalan qonağın hansı tarixdə və saatda çıxış edəcəyini bilmək lazımdır, çünki qonaq
gözlənilmədən hesabı istəyə bilər.
3. Qonaq hesabını müxtəlif üsullarla (nağd ödəni və nağdsız ödnəniş) qəbul edən zaman
diqqətli olmaq lazımdır.
4. Hər bir oteldə qonaq üçün bütün departamentlərdə müəyyən kredit məbləği ayrılır. Əgər
qonaq bu limiti keçərsə nəzakətlə bunu qonağa bildirmək lazımdır.
Qəbul olunan sorğuya əsasən, şərt kimi mehmanxana ilkin ödəməni (depozit) tələb etmək hüququna malikdir. İstisna hal kimi mehmanxana sahibi ilkin ödənişi girov formasında birbaşa göstərib tələb etməsə, hər hansı ilkin ödəmə haqqında məlumatından sonra şərtləşdiyi məbləği aldıqda və ya turizm agentliyinin ödəməsi sübut olunubsa, kontrakt bağlanmış hesab olunur.
Bəzi hallarda oteldə yaşayan qonaq ilə münaqişə vəziyyəti yarana bilər. Belə ki, qonaq bəzi səbəblərə görə otel nömrəsinin və xidmətlərin pulunu verməkdən imtina edir. Bu halda otel qonağın əşyasını, yükünü saxlatdıra bilər. İş yerinə və ya yaşayış yerinə məktub göndərə bilər. Digər bir halda otel tərəfindən qonağın yükünə və ya əşyasına ziyan dəyibsə, mehmanxana bunu ödəməlidir. Bütün hallarda qonaq və otel arasında yaranan münaqişə, dinc, sakit və qanun çərçivəsində həll olunmalı, otelin nüfuzuna zərər gətirməməlidir.