Siz təkliflərinizi, təqdim olunan rəy kartında qeyd edəbilərsiniz.
Rəy kartını doldurandan sonra “Front Office”ə verməyinizi xahiş edirik.
Adı, soyadı:____________________________Otaq N°-si:_________
Ünvan: _____________________________ Tel/faks:_____________
Tarix:_________________Rəy:_____________________________
Bu anketlər əsasında, bölmənin işçiləri təhlil apararaq, oteldə xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər hazırlayır.Bu təkliflər, mehmanxananın daha səmərəli işləməsini, nömrələrin müştərilərə satılmasını və otelin daha çox gəlir əldə etməsini təmin edir. Lakin qeyd etmək lazımdır ki, otaqlarda qoyulan anketlər və qonaq kartının bir qismi doldurulur və bölməyə qaytarılır.
Marketinq və satış bölməsinin əsas vəzifələrindən biridə qiymət siyasətidir (nömrənin əsas tarifi və qonaqları cəlb etmək üçün müxtəlif güzəştlər təqdim edir). Otel öz bukletlərində otaqların qiymətini (room rates) göstərir. Otel müxtəlif güzəştlər təqdim edir (turizm firması, həmkarlara, tələbə, daimi müştəri vəs.).
Bazarı tədqiq edən marketinq bölməsi qiymət siyasətindən başqa, reklama və yeni xidmətlərin qonaqlara təqdim edilməsinə daha çox fikir verməlidir. Mehmanxananın marketinq strategiyasında müxtəlif proqramlardan istifadə olunur. Belə ki, daimi müştərilər oteldə müxtəlif xidmətlərdən (yemək, avtomobilin icarəsi, ekskursiya və s.) daha çox istifadə edirsə onlara ballar təyin olunur və bu ballara görə sertifikat verilir. Sertifikata əsasən oteldə, müştəriyə müxtəlif xidmətlər pulsuz təqdim olunur (şam yeməyi, transfer, şəbəkəyə daxil olan hər hansı bir oteldə pulsuz yaşamaq və s.). Bu proqramlar həm otel və həm də otelin müştərisi üçün sərfəlidir. Belə həvəsləndirici proqramları mehmanxana şəbəkəsinə daxil olan Şeraton, Hilton, Marriott və s. otellər həyata keçirir.
Bir sıra otellər aviaşirkətlərin beynəlxalq bonus proqramlarında iştirak edir. Otelin daimi müştərisi, yığdığı balların hesabına, hər hansı bir ölkəyə pulsuz səyahət edə bilər və ya avia şirkətin xidmətindən daim istifadə edən müştəri oteldə pulsuz yaşaya bilər.
Mehmanxanada il ərzində yaşadığı günlərin sayına müvafiq olaraq qonaq gümüş, qızıl, platin və ya brilyant üzvlük kartları alır. Bu kartın sahibləri mehmanxananın müxtəlif xidmətlərindən güzəştlə istifadə edir (sauna, massaj və s.) və hədiyyələr alırlar (mehmanxananın nişanı olan suvenirlər, əşyalar və s.). Qonaqlaronlara verilən VIP kartlarını təqdim etməklə, yaşayış, bar, restoranlarda və s. xidmətlərdə 10% güzəşt alırlar. Daimi müştərilər üçün, şamyeməyi ilə birlikdə əyləncəli tədbirlər təşkil olunur.