Terror təhlükəsi ilə əlaqədar, bölmənin əməkdaşları, mehmanxanada işçilərlə profilaktik tədbirlər görür və bu zaman özlərini necə aparmaq qaydaları ilə tanış edirlər. Məsələn, terrorçu zəng edib oteldə partlayıcı maddə olduğunu deyirsə, telefonla danışan otelin əməkdaşı, çalışmalıdır ki, danışığın vaxtını uzatsın və bu zaman, haradan zəng etdiyini (spesifik səslər, küçə və ya qapalı yerdən zəng edir) təyin etməli, partlayıcı maddənin yeri, tipi, zəng edənin yaşı, cinsi, nitqi, tələffüzü, vəziyyəti (sərxoş və ya ayıq olması) və nəyə görə terror aktı üçün bu otel seçilib və s. haqqında məlumat toplamalıdır. Hər bir əməkdaş bilməlidir ki, bu cür hadisə zamanı, ilk növbədə kimə xəbər verilməlidir.
Belə hadisələr zamanı evakuasiya (təxliyə) və qonaqları xəbərdar etmək haqqında qərarı mehmanxananın baş direktoru qəbul edir. Təhlükəsizlik bölməsinin vəzifəsi, evakuasiya zamanı, otelin avadanlığını qorumaq və insanların qayda üzrə oteldən çıxarılmasını təşkil etməkdir. Təhlükəsizlik bölməsi oteldə baş verən hadisələr, nöqsanlar, onların aradan qaldırılması yolları haqqında təkliflər hazırlayır və baş direktora hesabat verir. Bölmə müxtəlif hadisələrin baş verməməsi üçün profilaktik tədbirlər görür. Bölmədə, oteldə baş verən hadisələr, aparılan təhqiqatlar,qonaqların şikayətləri haqqında hesabat aparılır.
Təhlükəsizlik bölməsinə işə qəbul edilən personal dəqiq yoxlanılır. İşə qəbul ediləcək namizədlə, əvvəlcə bölmənin müdiri tanış olur, söhbət edir, zəmanəti, xasiyyətnaməsi yoxlanılır və s., sonra işə qəbul olunur. İşə qəbulda, deyildiyi kimi keçmiGdə hüquq- mühafizə orqanlarında işləmiş kadrlara üstünlük verilir. Bu bölmədə, saf, təmiz, vicdanlı və insanlarla işləməyi bacaran kadrlar çalışmalıdır. Bölmənin işçiləri qonaqlarla nəzakətli, mərifətli və ədəbli olmalı və otelin nüfuzuna uyğun fəaliyyət göstərməlidir.
3.5.1.
ÖN BÜRONUN SATIŞ VƏ MARKETİNQ (SALES AND MARKETING) DEPARTAMENTİ İLƏ İŞ BİRLİYİNİ ƏLAQƏLƏNDİRİR
SATIŞ VƏ MARKETİNQ (SALES AND MARKETING) DEPARTAMENTİ
Marketinq və satış bölməsi (marketing & sales) mehmanxana strukturunda başqa bölmələrə nisbətən yenidir. Lakin bu bölmənin rolu mehmanxana biznesində getdikcə artır və artıq mühüm yer tutur. Məsələn, ABŞ-da, mehmanxananın baş menecerini təyin edəndə, məhz bu bölmədə çalışan işçilərə üstünlük verirlər. Böyük Britaniyada maliyyə şöbəsində, Almaniyada təsərrüfat şöbəsində işləyən işçilərə baş menecer vəzifəsini tutmağa imkan yaradılır.
Marketinq bölməsinin əsas vəzifəsi, mehmanxananın nömrə fondunu, mütəmadi və yüksək səviyyədə doldurmasını təmin etməkdir.