Modulun adı: Mehmanxana qeydiyyatıçısı
Modulun kodu: -
Saatlar və kredit: -
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə mehmanxanada ön büroda qeydiyyatçı işləmək üçün bilik və bacarıqlara yiyələnəcək.
Təlim nəticəsi 1: Ön büronun oteldə rolunu və ön büroya daxil olan işçilərin vəzifəsini bilir.
Qiymətləndirmə meyarları
1. Ön büro şöbəsinin oteldə yerini və əhəmiyyətini təsvir edir.
2. Ön büro şöbəsində baş inzibatçının gprməli olduğu işləri və əsas vəzifələrini daşır.
3. Səhər və axşam növbəsində çalışan inzibatçının vəzifələrini sadalayır.
4. Səhər və axşam növbəsində çalışan inzibatçının vəzifələrini sadalayır.
5. Ön büroya daxil olan digər (konsyerj, liftçi və digər) işçilərin vəzifələrini danışır.
Təlim nəticəsi 2: Qonağı check in edə bilir və qonağın psixoloji tiplərini ayırd etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Rezervasiya edilmə üsullarını danışır.
2. Rezervasiya etaplarını sadalayır.
3. Rezervasiyanın növlərini sadalayır.
4. Qonağın psixoloji tiplərini müəyyən edir.
5. Qonağının otelə giriş qeydiyyatını (check in) icra edir.
Təlim nəticəsi 3: Digər departamentlərlə Ön büronun iş birliyini yaratmağı bacarır.
Qiymətləndirmə meyarları
1. Ön büronun Telefon Operatoru (Switchboard) bölməsi ilə iş birliyini təmin edir.
2. Ön büronun Təsərrüfat (Housekeeping) departamenti ilə iş birliyini təşkil edir.
3. Ön büronun Qida və İçkilər (Food and Beverage) departamenti ilə iş birliyini yaradır.
4. Ön büronun Təhlükəsizlik (Security ) departamenti ilə iş birliyini vurğulayır.
5. Ön büronun Satış və Marketinq (Sales and Marketing) departamenti ilə iş birliyini əlaqələndirir.
Təlim nəticəsi 4: Qonaqların gedişini təşkil edə bilir və oteldən çıxışın qeydiyyatını (check out-u) bacarır.
Qiymətləndirmə meyarları
1. Qonaq hesabatının xüsusiyyətlərini danışır.
2. Qonağın hesabının ödəmə üsullarını sadalayır.
3. Kassa bölümünün işlərini təşkil edir.
4. Qonağın oteldən çıxış qeydiyyatını (check out-u) icra edir.