Gecə klubları yanındakı barlar. Bu tip barlarda musiqi ilə müşayiət olunan barlarda müxtəlif rəqslər ifa olunur. Didceyin (diskotekanı idarə edən) iştirakı və rəhbərliyi ilə insanlar barda əylənirlər. Bu tip barlarda müxtəlif spirtli içkilər, kokteyllər daha çox satılır.
İdman barları.Bu barlar gündən günə insanların müasir həyat tərzinin ayrılmaz hissəsinə çevrilir. Belə idman barlarının yanında hər növ idman xidmətləri olan müəssisələr: üzgüçülük hovuzu, futbol meydançası, idman oyunları üçün zal və ən əsası barların özündə qonaqlara dünyanın hər yerində baş verən idman hadisələri barəsində məlumat almaq üçün peyk televiziya kanallarına baxmaq imkanıyaradılır.
Müxtəlif tipli barlar, müxtəlif ölçüdə də gəlirlər gətirə bilər.Burada əsas şərt onların ölçülərindən, mehmanxananın harasında yerləşməsindən və mehmanxananın tipindən asılıdır. Mehmanxana daxilində restoranların şəhər restoranlarından fərqi ondadır ki, onun işi təkcə restoran xidməti ilə deyil, mehmanxananın bütün digər şöbələri ilə sıx əlaqədardır.
Restoranın yığışdırılması və təmizliyini təsərrüfat şöbəsinin işçiləri yerinə yetirməli və ya müqavilə əsasında digər işçilər cəlb olunmalıdır. Bu cür iş üsulundan restoran və mətbəxdə də istifadə etmək olar. Kənardan müqavilə ilə qəbul olunan işçilər üçün təlimlər nəzərdə tutulmalıdır.
3.4.1. ÖN BÜRONUN TƏHLÜKƏSİZLİK (SECURİTY) DEPARTAMENTİ İLƏ İŞ BİRLİYİNİ YARADIR
TƏHLÜKƏSİZLİK (SECURİTY) DEPARTAMENTİ
Təhlükəsizlik problemləri mehmanxana biznesində daha da mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq münaqişələr, cinayət və terrorizm dalğası partlayıcı maddələrin və qeyri-qanuni silah alveri, bütün bu amillər qonaqpərvərlik sənayesinə öz təsirini göstərir. Mehmanxananın qonaqlarının və personalın təhlükəsizliyi vacib məsələlərdən biridir. Mehmanxana biznesini inkişaf etdirmək, daha çox turist axınını təşkil etmək üçün təhlükəsizlik sistemini müasir səviyyəyə çatdırmaq lazımdır. Təhlükəsizlik məsələlərini, xüsusən terror təhlükəsini aradan qaldırmaq üçün mehmanxana müxtəlif vasitələrdən, o cümlədən texniki, metodiki, təşkilati və digər üsulları işləyib hazırlamalıdır. Bunun üçün ilk növbədə təhlükəsizlik bölməsinin əməkdaşlarının peşə hazırlığına və onların texniki vasitələrlə təchizatına diqqət verilməlidir.
Təhlükəsizlik bölməsinin əməkdaşlarının gündəlik fəaliyyəti, mühafizə olunan ərazini diqqətlə yoxlamaq, növbədə olan bölmələrlə mütəmadi əlaqə yaratmaq, şübhəli şəxslər və əşyalar haqqında məlumat mübadiləsi aparmaq və s. ibarətdir.
Təhlükəsizlik bölməsinin əsas vəzifəsi baş vermiş cinayətləri təhqiq etmək deyil, qarşısını almaqdır. Bunun üçün bölmənin əməkdaşları qabaqlayıcı tədbirlər görməlidir.