Mini-barların doldurulması və yoxlanılması zamanı, mini-bar işçisi bu blankları qəbul, yerləşdirmə və xidmət bölməsinə təhvil verir, onlarisə, öz növbəsində bu blankları onların nömrələri olan kataloqa qoyurlar (qonağın hesabını çıxararkən bu çeklər də əsas hesabın üzərinə əlavəolunur).
Əlavə xidmətlərin ödənilməsi baxımından qonağın oteli tərk etdiyi gün bir sıra çətinliklər yaranır.Bəzi qonaqlar səhvən və ya bilərəkdən, getməmişdən az öncə səhər yeməyinin və ya telefon danışığının pulunu ödəmirlər. Bu hallar mini-bara da aiddir. Əgər mehmanxanada qonaq çıxan gün nömrənin yoxlanılması və təhvil alınması əməliyyatları yoxdursa, mini-barın yoxlanılması çətinlik yaradır.
Yaxşı olar ki, mini-bar haqda məlumatlar qəbul, yerləşdirmə və xidmət bölməsinə operativ çatdırılsın. Avtomatik mini-bar sistemi olan otellərdə bu xidmət növü əhəmiyyətli dərəcədə xərclərin azaldılmasına və gəlirlərin artırılmasına imkan verir. Bu, nömrələrdə qurulmuş, mərkəzləşdirilmiş mini-bar sisteminin köməyi ilə mümkün olur. Mini-barın avtomatlaşdırılmış sisteminin vasitəsi ilə işlədilmiş yemək və içkilərin sayını izləmək mümkündür.
Avtomatik mini-bar sistemi qəbul, yerləşdirmə və xidmət şöbəsinin işçilərinə nömrədə yaşayan müştərinin mini-bar xərclərini dərhal onun əsas xərclərinə əlavə etməsinə imkan verir. Anlaşılmazlıqlardan qaçmaq üçün nömrələrdə mini-barlardan istifadə qaydaları, ərzaq və içkilərin qiymət siyahısı olmalıdır. Əgər müştəri mini-bar hesabını ödəməkdən boyunqaçırarsa, onda, qəbul, yerləşdirmə və xidmət bölməsinin işçisi (receptionist) menecerə bu barədə məlumat verir. O, da öz növbəsində bu məsələnin həlli istiqamətində zəruri addımlar atır.
Barın effektiv ilşəməsinin ölçüsü müəyyən vaxtda satılmış içkilərin sayının maya dəyərini çıxmaqla təyin olunur. İçkilərin satış səviyyəsini mütəmadi yoxlamaqla, barın işinə nəzarəti gücləndirir. Barda satış səviyyəsi 16-24% normal sayılır. Digər barlar kimi, mehmanxanalarda olan barlar da bir sıra problemlərlə üzləşirlər. Yemək və İçkilər şöbəsinin müdiri barların işini ciddi nəzarətdə saxlamalı və diqqət yetirməlidir ki, bar işçiləri qoyulan qaydalara tam və düzgün əməl etsinlər. Barların birbaşa fəaliyyət sahəsinə spirtli içkilərin satışının daxil olması da məlumdur. Yaddan çıxarmaq lazım deyil ki, müasir hüquqi tənzimləmədə, satılan içkilərin məsuliyyətini, birbaşa onu satanlar daşıyır.
Əgər müştəri barda sərxoş olarsa və başına xoşa gəlməz hadisə gələrsə, bu zaman barmendə, barın meneceri də məsuliyyət daşıya bilər. Başqa bir problem isə əsasən menecerin bəzi işçilərin əliəyriliklərinə qarşı mübarizəsidir. Hamıya məlumdur ki, düzgün işləməyən barmenlər bir sıra əliəyri hərəkətlərə yol verə bilərlər: spirtli içkilərə su və ya rəngli mayelər qatılması, satılması və ya hesaba alınmamış içkilərin satılıb, məbləğin mənimsənilməsi və s. Ən çox işlədilən üsullar, qədəhin tam doldurulmaması və qonağın hesabda aldadılması yolu ilə qazanmaqdır.