Əgər yataqda iki şəxs nahar edəcəksə, onda yeməyi iki məcməyidə təqdim etmək lazımdır;
• Sifarişin hazırlanması zamanı (səhər yeməyi, nahar, şam) bir nəfər üçün qoyulan bütün
ləvazimatlar uyğun olmalıdır;
• Əgər qonaq nömrədə masa arxasında və ya eyvanda nahar etmək istəyirsə, onda masanı
süfrə ilə örtmək lazımdır. Məcməyini birbaşa masanın üstünə qoymaq və ya məcməyidəki əşyaları
masanın üstünə düzmək olar;
• Ofisiant nömrədə həddindən çox qalmamalıdır. Əgər qonaq nə isə soruşarsa, o zaman
danıGmaq məsləhət görülür. İstənilən halvə hadisə zamanı ofisiant nəzakətli davranmalıdır.
Mini-bar. Hər şeydən öncə bu, nömrədə balaca soyuducudan ibarət kiçik bardır. Minibarın içərisindəki məhsulların qiyməti nömrə qiymətinin içərisinə daxil deyil. Nömrələrdə mini-bar xidməti mehmanxanaya böyük gəlir gətirir. Mini-bardakı məhsulların (malların) qiyməti, digərlərindən bir neçə dəfə baha olur. Mini-bar olan nömrələrdə, müştəri sutkanın hər bir vaxtı içki ilə təmin olunur.
Mini-bardakı içkilərin geniş çeşidləri, gözəl forması qonaqlarda bu içkilərdən istifadə etmək həvəsi yaradır. Bəzi otellərdə mini-barda olan məhsulların qiymətinin cəmi, nömrənin bir günlük qiymətindən daha baha olur.
Mini-barın açarı, qonaq qəbul, yerləşdirmə və xidmət bölməsinə gələrkən zərfə qoyularaq qonağa təqdim oluna bilər. Əgər qonaq mini-bardan istifadə etməyəcəksə, o, bu açarı götürməyə bilər.
Mini-barların əksəriyyəti açıq şəkildə qonaqlara təqdim olunur, yəni açarla bağlanmır. Mini-barlardakı
məhsulların işlədilməsinə nəzarəti və onların yeni mallarla doldurulmasını təsərrüfat şöbəsinin nömrələr üzrə xadimələri və ya bu sahə üçün Yemək və İçkilər (F&B) şöbəsində ayrılmış işçilər (mini-bar attendant) yerinə yetirirlər. Nömrələrdə qonaqlar üçün xüsusi blanklar qoyulur, qonaq orada mini-bardan istifadə etdiyi yemək və içkilərin adlarını yazır, imzalayır və gedərkən Reception-a təhvil verir. Təcrübə göstərir ki, qonaqlar çox vaxt bu blankları doldurmaq üçün özlərini əziyyətə salmırlar və ya onu səhv doldururlar.
Mini-bara baxan işçi (mini-bar attendant) qonaq tərəfindən blankın doldurulmasına nəzarət edir, yazdıqları və istifadə etdiyi malların sayını yoxlayır və müqayisə edir.Lazım gəldikdə qonağa kömək məqsədi ilə blankda düzəlişlər edir və ya özüdoldurur.
Blankda aşağıdakılar göstərilir: otağın nömrəsi, doldurulma tarixi və saatı, müştərinin soyadı, imza üçün yer.