•
Səhər yeməyinin aşağıdakı növləri:
•
Kontinental səhər yeməyi (Continental breakfast). Bura qəhvə, çay və ya isti şokolad, şəkər qaymaq, limon, iki növdə povidla, cem və ya bal, müxtəlif çörək,bulka məmulatları, yağ daxildir. Bazar günləri bu səhər yeməyinə soyutma yumurta əlavə olunur. Bir çox Avropa ölkələrində Kontinental səhər yeməyi mehmanxana nömrəsinin qiymətinə daxildir;
•
Geniş çeşidli səhər yeməyi. Kontinental səhər yeməyinə əlavə olaraq burada, müştərilərə şirələr, donuz əti, pendir, kolbasadan, yumurtadan, yoqurtdan, kəsmikdən hazırlanan yeməklər təklif olunur. Səhər yeməyi zamanı adətən bufet xidməti göstərilir və ya ofisiant yemək olan iri boşqabdan, qonaqların boşqabına yeməyi paylayır və bundan sonra iri boşqabı masanın üzərinə qoyur. Yumurtadan hazırlanmış yeməklər fərdi sifariş əsasında hazırlanır və qonağa təqdim olunur;
•
İngilissayağı səhər yeməyi (English breakfast). Klassik üslubda ingilissayağı səhər yeməyi nömrəyə gətirilən çay və ya qəhvə ilə başlayır (isti şokolad da ola bilər). Bura həmçinin şəkər, bulka məhsulları, qızardılmış çörək, yağ, cem, bal, mürəbbə daxildir. Yumurta yeməkləri (donuz əti ilə yumurta, donuz əti və ya şampinyon ilə omlet və s.), balıq yeməkləri, yulaf sıyığı (ovsyanka) və ya südlü şirin sıyıq kimi yeməkləri də bu növ səhər yeməyinə əlavə etmək olar. İngilissayağı səhər yeməyi qonaqlara “Genişçeşidli səhər yeməyi” kimi təqdim olunur;
•
Amerikansayağı səhər yeməyi (The American). Buz əlavə olunmuş adi içməli su, meyvəşirələri, təzə meyvələr və yamey və kompotu, dənli bitkilərdən (qarğıdalı, düyü və s.) yemək, kiçik ət porsiyası (tikəsi) və piroq təklif olunur;
•
Şampan şərabı ilə səhər yeməyi. Bu növ səhər yeməyinin vaxtı saat 10:00-dan 11:30-aqədərdir.
Qəhvə,çay, spirtli içkilər (şampan,şərab), kiçik soyuq qəlyanaltılar və isti yeməklər, sup (şorba) və desertlər bufet formasında təklif olunur. Şampan şərabı ilə səhər yeməyi bir qayda olaraq rəsmi tədbirlər olduqda təşkil olunur;
•
Gecikmiş səhər yeməyi. Səhər yeməyi və naharın alternativi kimi çıxış edir və saat 10:00- dan 14:00-a qədər verilir. Səhər yeməyi və nahara daxil olan menyudakı yeməklərdən ibarət ola bilər. Bura isti və sərin içkilər, bulka, yağ, cem, kolbasa, pendir, sup, isti ət yeməkləri və desertlər daxildir. Bufet üsulu ilə təqdim olunur.
Səhər yeməyi, nahar və şam yeməklərinin təşkilində müxtəlif xidmət üsullarından istifadə olunur.
•
Nömrələrə xidmət (Room Service).
Yüksək dərəcəli otellərdə mütləq nömrələrə xidmət göstərilməlidir. Burada nömrəyə xidmət üçün ayrıca menyu (bəzən bu menyu restoran menyusundan əlavə hazırlanır) olur. Lakin bir sıra məşhur otellərdə bu xidmət vasitəsi ilə restorandan istənilən yeməyi və içkiləri sifariş etmək olar.