b) Nömrələrin açarlarını təhvil almalı.
c) Ləvazimatları bir daha yoxlamalı.
Xadimə bütün növ təmizlik işlərini aparmaq üçün normativ vaxtı bilməlidir. Bu ona lazım olan işi qısa vaxt ərzində görməyə imkan verər. Otaqda işləyən xadiməyə aşağıda göstərilən hərəkətlər qadağandır:
1. nömrənin qapısını içəri tərəfdən bağlayıb işləmək
2. televizora baxmaq,musiqiyə qulaq asmaq
3. nömrədə siqaret çəkmək
4. qonaqla otaqda oturub söhbət etmək
5. arabanı dəhlizdə qapının yanında saxlamaq
Xadimə mədəni şəkildə otağa girmək qaydalarını bilməli,lazım gəldikdə qonağın suallarına cavab verməlidir.
Ümumi istifadə üçün nəzərdə tutulmuş ictimai sahələrin yığışdırılması və təmizlənməsinin təşkili (Public Area) plan
1. Ümumi istifadə olunan yerlərin təmizlənməsi
2. Ümumi sahərin yığışdırılma qaydaları
3. Yığışdırılma və təmizliyin üsulları
Təsərrüfat şöbəsi nömrələrin yığışdırılmasından başqa dəhlizlərin, vestibülün, soyunub-geyinmə otaqlarının, ofislərin, xidmət və yardımçı yerlərin, pilləkanların, istirahət və kütləvi tədbirlər keçirilən yerlərin yığışdırılıb təmizlənməsini həyata keçirir. Bu sahələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu ictimai yerlərdə insan axını daha çoxdur. Ümumi istifadə üçün olan yerlər adətən səhər tezdən, axşam və ya gecə yığışdırılır. Ümumi ictimai sahələrin yığışdırılıb təmizlənməsi işi aşağıdakı qaydalarla aparılır:
1. Yuyucu vasitələrlə döşəmələrin yuyulması, döşəmənin mexaniki yuyulması.
2. Xüsusi vasitələrlə metal alətlərin və avadanlıqların sürtülüb təmizlənməsi.
3. Şüşələrin, qapıların, çərçivələrin və güzgülərin təmizlənməsi.
4. Zibillərin atılması.
5. Masaların silinməsi və qaydaya salınması.
Ümumi ictimai sahələrin təmizlənməsi aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
*yığışdırılan yerin havalandırılması, kreslo və divanların, jurnal masalarının, gül qablarının, güzgülərin tozunun alınması.
* parket döşəmələrdən tozsoran vasitəsi ilə tozun alınması.