Nömrənin əsaslı yığışdırılması və təmizlənməsinin aparlmasının məqsədi aşağıdakılardır:
- nömrənin yığışdırılması və təmizliyi möxtəlif avadanlıq, ləvazimat və maşınlarla həyata keçirilir.
- əsaslı yığışdırma və təmizlik nömrənin hərtərəfli və tam yığışdırılmasını təmin edir.
- nömrənin əsaslı yığışdırılması və təmizliyi sanitar-gigiyenik normalara uyğun, müvafiq müddətdə keçirilməlidir. Nömrənin interyerinə lazımi kosmetiktəmir işlərini aparmaq lazımdır.
- nömrələrə baxış keçirtmək, qonaqların yaşaması üçün otağın hazır olduğunu yoxlamaq və müxtəlif kommunikasiya sistemlərində olan çatışmamazlıqları üzə çıxarmaq.
Nömrələrin əsaslı yığışdırılması və təmizliyinin aparılması üçün aşağıdakı işlər görülməlidir:
1) divarların yuyulması və quru əsagi ilə silinməsi
2) havalandırma qurğusunun çərçivəsini silib təmizləmək
3) pərdələrin, döşəklərin təmizlənməsi
4) pəncərə və qapıların yuyulub-təmizlənməsi
Nömrələrin gündəlik yığışdırılması və təmizliyinin ardıcıl aparılması.
Yığışdırılma və təmizlik işi aparılan zaman ilk növbədə nömrənin havası dəyişdirilməlidir. Üç otaqlı nömrələrin yığışdırılmasında aşağıdakı ardıcıllıq saxlanılır: əvvəlcə yataq otağı, sonra qonaq otağı, kabinet, giriş və sondasanitar qovşağı yığışdırılır və təmizlənir. İki otaqlı nömrələrdə ilk öncə yataq otağı, sonra isə qonaq otağı və sanitar qovşq təmizlənir. Bir otaqlı nömrələrdə isə nahar masasından başlamaq daha məqsədə uyğundur.
Nömrələrin sanitar qovşaqlarının yığışdırılması və təmizlənməsi.
İşə başlamazdan əvvəl o xüsusi geyimləri (rezin önlük,rezin və ya kapron əlcəklər,baş örtüyü) geyməlidir. Sanitar qovşağının yığışdırılmasının və təmizlənməsi aşağıdakı ardıcıllıqla aparılır:
- sanitar qovşaqda yerləşən şüşədən rəflər
- əlüzyuyan
- vanna
- kafellər
- döşəmə
Xadimənin işə hazırlaşması. Xadimə işə başlamaq üçün aşağıdakıları yerinə yetirməli, baş xadimədən hansı otaqların yığışdırılması, təmizlənməsi işləri barədə göstərişləri almalıdır:
a) Uniformada və ayaqqabı geyinməli.