- bütün müasir və lazımi təmizlik avadanlıqları və ləvazimatları ilə təchiz olunmalıdır
- müasir təmizləyici maşın və mexanizmlərə malik olmalıdır
Burada əsas şərt mömrənin yığışdırılması və təmizlənməsinə ayrılan vaxtın düzgün bölünməsidir. Təsərrüfat şöbəsi qəbul, yerləşdirmə və xidmət şöbəsi ilə birbaşa əlaqədardır. Təsərrüfat şöbəsi otaqların vəziyyəti haqqında məlumatlarını qəbul-yerləşdirmə və xidmət şöbəsinin məlumatları ilə tutuşdurur. Qəbul yerləşdirmə və xidmət şöbəsindən qonağın nömrəni tərk etməsi barədə Təsərrüfat şöbəsinə məlumat daxil olur və bu məlumat şöbənin jurnalındakı qrafada qeyd olunur. Jurnalın digər qrafasında otağı yığışdıran xadimələrin soyadı qeyd olunur. Nömrənin hazır olması qəbul, yerləşdirmə və xidmət şöbəsinə bildirilir. Təmizlik işi apararkən bir neçə mühüm prinsiplərə diqqət etmək lazımdır:
a) Mərtəbədə çalışan işçilər qonaqlarla mümkün qədər az qarşılaşmalıdır.
b) Təmizləyici avadanlıqlar və əşyalar ümumi istifadə üçün nəzərdə tutulmuş yerlərdə saxlanmalıdır.
c) Təmizlik işi görən zaman xadimə şəxsi işləri ilə məşğul olmamalıdır.
Bütün bunların lazımi səviyyədə yerinə yetirilməsi həmin oteldə mədəni xidmətin yüksək səviyyəsindən xəbər verir. Təsərrüfat şöbəsinin müdiri otelin və onun nömrələrinin təmizliyinə
cavabdehdir. Adətən onun bir neçə köməkçisi olur( supervisorbaş xadimə) və onlar mərtəbə və həyətyanı sahələrə aid olan yerlərin təmizliyinə cavabdehdir.
Yaşayış nömrələrinin yığışdırılması və təmizlənməsinin aşağıdakı növləri var:
1. Qonaq üçün bron edilmiş nömrənin yığışdırılması;
2. Qonaq oteli tərk edəndən sonra yığışdırmaq
3. Nömrələrin gündəlik cari yığışdırılması
4. Nömrələrin ekspress yığışdırılması
5. Nömrələrin əsaslı yığışdırılması
Qonaq üçün bron olunmuş nömrənin ilk növbədə yığışdırılmasının məqsədi, qonaq tərəfindən sifariş olunmuş nömrəni əvvəlcədən tam hazırlamaqdır. Bronlu nömrələrin yığışdırılması və təmizlənməsi işinə aşağıdakılar daxildir:
- nəm əsgi ilə nömrənin silinməsi
- quru əsgi ilə nömrənin silinməsi
- döşəmənin nəm əsgi ilə silinməsi