3.2.1.
ÖN BÜRONUN TƏSƏRRÜFAT (HOUSEKEEPING) DEPARTAMENTİ İLƏ İŞ BİRLİYİNİ TƏŞKİL EDİR
MEHMANXANADA TƏSƏRRÜFAT (HOUSEKEEPING) DEPARTAMENTİ
Təsərrüfat şöbəsinin əsas funksiyası otelin nömrə fonduna xidmət göstərmək və təmiz saxlamaqdır. Bundan əlavə mehmanxananın ictimai yerlərinin yığışdırılması və təmizliyi bu şöbənin üzərinə düşür. Otelin müsafirləri, adətən, çox vaxtlarını nömrədə keçirirlər və buna görə nömrələrin təmiz saxlanılması, mələfələrin vaxtında dəyişdirilməsi, lazımi ləvazimatlarla təmin olunması vacib şərtlərdəndir. Şöbədə nizam-intizam yüksək səviyyədə olmalı və şöbənin rəhbəri nömrələrin standarta uyğun düzgün yığışdırılmasına və fəaliyyətinə nəzarət etməlidir.
Otelin bütün sahələri dörd əsas hissəyə bölünür. İnzibati, xidmət göstərən, yardımçı və yaşayış:
•
İnzibati yerlər: kabinetlər və vestibüldə yerləşən kommunikasiya-rabitə və digər sahələr;
•
Xidməti yerlər: ictimai və ümumi istifadə olunan sahələr (konfrans zalı), musiqi salonları (diskoteka, bar) vəs;
•
Yardımçı yerlər: təsərrüfat və anbar sahələri (mələfələr və inventar saxlanılan yer, təmir sexi,çamaşırxana);
•
Yaşayış sahələri: bütün dərəcədən olan nömrələr və onlarla əlaqəli məişət sahələri.
Mehmanxana ərazisinin əsas hissəsini yaşayış üçün olan nömrələr və onlarla bağlı olan köməkçi və xidmət sahələri tutur.
Mehmanxana nömrələrində müsafirin yaşaması üçün zəruri olan hər bir şey olmalıdır. Nömrədə istirahət, yatmaq, işləmək və qonaq qəbul etmək üçün yer, şərait və ləvazimat olmalıdır.
Nömrə fondu - müxtəlif kateqoriyalara aid olan bütün nömrələrin ümumi məcmusudur (cəmidir).
Nömrə - bir və ya bir neçə yerlik yaşayış yerindən ibarət olan, tələbatlara uyğun avadanlıqla təmin olunmuş, mehmanxana tərəfindən təqdim olunan yaşayış yeridir.
Çarpayı-yer - yatmaq üçün yer, bir nəfərin istifadəsi üçün nəzərdə tutulur.
Mehmanxana inzibati təsərrüfat işinin təşkili
Mehmanxananın nömrə fondunun yığışdırılması və təmizlənməsi plan
1.
Nömrə fondunun yığışdırılmasına qoyulan tələblər
2.
Ekspres təmizlik
3.
Cari və gündəlik yığışdırılma
Dərəcəsindən asılı olmayaraq mehmanxana təmiz və səliqəli olmalıdır. Bütün sanitar-gigeyenik qaydalara əməl etməklə otaqların yüksək səviyyədə yığışdırılması və təmizliyinin əldə edilməsi üçün mehmanxana aşağıdakılara əməl etməlidir:
-
hazırlıq keçmiş yüksək ixtisaslı personal olmalıdır