Bir sıra yerlərdə, şəhərlərdə anket iki nüsxədə yazılır. Anketin bir nüsxəsi, inzibati orqanların otellərdə qalanların hesabatını aparmaq məqsədi ilə mərkəzi ünvan bürosuna və ya pasport xidmətinə verilir. Anketin ikinci nüsxəsi otelin qəbul, yerləşdirmə və xidmət bölməsində saxlanılır.
Qonaq anketi diqqətlə oxumalı və suallara dəqiq, düzgün cavab yazmalıdır. Müştəri oteldə əşyalarını yaddan çıxararsa, onun ünvanına bu əşyaları göndərmək mümkün olsun. Bundan əlavə ünvanı olan daimi müştəriləri, otelin təşkil etdiyi mərasimlərə dəvət etmək olar, müştəri nömrə və ya xidmətə görə hər hansı bir səbəbdən ödəniş etməyibsə, ünvan vasitəsi ilə ona xəbər göndərilir. Qonaq anketi yazıb doldurmaqla,nömrənin qiymətini, oteldə yaşamaq müddətini, yerləşmənin növü və s. Imzası ilə təsdiq edir və otelilə müqavilə bağlayır.
Bölmənin inzibatçısı qonağın yazdığı anketi, pasportla və ya şəxsiyyəti təsdiq edən sənədlə tutuşduraraq, yoxlayır, sonra anketə qonağın nömrəsini, gəlmə tarixini və vaxtını yazıb imzalayır. Daha sonra nömrədə yerləşmə və ödəniş üçün iki nüsxədən ibarət icazə vərəqi yazır. İcazə vərəqinin bir nüsxəsi kassir, digəri kartoteka üçün yazılır. Qonaq icazə vərəqəni kassirə ödəniş üçün təqdim edir.
Otel işçisi qonağın pasportunun surətini çıxardır və qonağa otel və oteldəki qaydalar barədə məlumat verir. Otel qaydalarıadətən aşağıdakı kimidir:
1
.check-in vaxtı 14:00-dan sonra, check out isə 12:00-dadır.
2
.Reception 24 saat çalışır və qonaq hər hansı sualı olduqda receptiona ünvanlayır.
3
.Səhər yeməyi saat 7:00-dan 11:00-a qədərdir və qiymətə daxildir.
4.Ödəniş nağd və nağdsız ödəmə yolları ilə mümkündür.
5.Wi-fi,Spa, Fitnes və s. xidmətlər mövcuddur.
6.Otaqda minibar(soyuducu)olduğu qonağa deyilir.Minibar ödənişlidir.
Turist qrupunun qeydiyyatının aparılmasının xüsusiyyətləri.
Turist qrupları üçün nömrələr əvvəlcədən oteldə bronlaşdırılır. Bu halda şöbə müdiri nömrələri hazırlayır, inzibatçıların, yükdaşıyanların, şvesarların (qapıçılar, bellboy) və digər xidmətçilərin işini planlaşdırır, zəruri sənədləri qaydaya salır. Turistləri qəbul edən inzibatçı “Bron kartını” əvvəlcədən tərtibedir.
Turist qrupunun rəhbəri inzibatçıya turizm firmasının göndərişini təqdim edir (bu sənəd qrupun oteldə qalmaq hüququnu və hesabın ödənildiyini təsdiq edir) və qrupun pasport rejiminə uyğun tərtib olunmuş siyahısını təqdim edir.
Otelin inzibatçısı turist qrupunun, mərtəbə və nömrələrini elan edir və yazıb verir. Adətən turist qrupları iki yerli (standart) nömrələrdə yerləşdirilir. Qrupun rəhbərinə bir yerlik nömrə verilir.