Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.
Melanxolik adamlar-Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər “yüz ölç, bir biç” məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü- özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. MƏNə yalnız tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq, başladıqları iş yarımçıq qalır. Civə kimi bir yerdə dayanmayan sanqvinikdən fərqli olaraq, melanxoliki yerindən tərpətmək müşkül məsələdir. Psixoloqlar onları məhz belə təsvir edir: “Melanxoliklərin hərəkətləri son dərəcə süst və zəifdir. Onlar ağır-ağır danışırlar”.
Hər bir insanda hansı tipinsə xüsusiyyətləri daha qabarıq və nəzərəçarpandır.
Mehmanxana işçisinin davranış mədəniyyəti özündə insanın xarici və daxili mədəniyyətinin bütün tərəflərini əks etdirir (rəftar və müraciət qaydaları, fikirləri aydın və düzgün ifadə etmə, nitq etiketinə riayət etmə bacarığı).
Qonağın qonaqlama müəssisələrindən gözədikləri:
-
Mehriban qarşılanmaq;
-
Gülərüzlü, pozitiv personal görmək;
-
Sürətli giriş qeydiyyatı (check in);
-
Rezervasiyaya uyğun yerləşdirmə;
-
Arzu və tələblərinin gözlədilmədən yerinə yetirilməsi.
Qonaq tiplərinin xarakterik xüsusiyyətləri
Qonağın hansı xüsusiyyətə malik olmasından asılı olmayaraq onlarla qarşılıqlı münasibətlərdə daim ədəbli, nəzakətli olmaq, hörmətlə yanaşmaq və bunları yaddan çıxartmamaq mehmanxana işçisi üçün çox vacibdir.
-
Pessimist (bədbin) qonaq - Hər şeydə qüsur axtaran, hər zaman şikayət edən və narazı qalan qonaqdır. Bu tip qonaq hər şeyin ən pis tərəfini görür və ümumiyyətlə vəziyyətlərindən razı qalmırlar. Hər vəziyyətdə özlərini kədər hissinin mərkəzində tapırlar. Müəssisənin və ya personalın mükəmməl olması onlar üçün əhəmiyyətli deyil. Bu cür xarakterik xüsusiyyətlərinə görə onlar heç vaxt xoşbəxt ola bilməzlər.