Qonağı düzgün qarşılama bacarığından çox şey asılıdır. Qonaq qəbul xidməti şöbəsində və mərtəbədə mehriban ibarə ilə qarşılanmalıdır: «Bizim mehmanxanaya xoş gəlmişsiniz!». Ona mehmanxananın qısa xarakteristikası və yaşayış qaydaları, istifadə edə biləjəyi xidmətlər barədə dəqiq məlumat verilməlidir.
Qonağı yola salarkən müdiriyyət və mərtəbənin işçiləri nəzakətli vidalaşmadan başqa qonağa mütləq yaxşı yol arzulamalı və onu mehmanxanaya yenə də təşrif buyurmağa dəvət etməlidirlər. Qonaq mehmanxanaya ayaq basdığı ilk addımından oranı tərk edənə qədər özünə qarşı hörmət və ehtiramı hiss etməlidir. Mehmanxananın hər bir əməkdaşı qonaqda mehmanxana haqqında yaxşı təəssüratların yaranmasına öz töhfəsini verir. Mehmanxana biznesində müştərilərlə ünsiyyət yaratma bacarığına xüsusi diqqətyetirilir. Qonaqla və yaxud həmkarı ilə danışarkən, mehmanxana əməkdaşları nəzakətli, xeyirxah və mehriban olmalıdırlar. Adamları bu sözlərlə salamlamaq lazımdır: «Sabahınız xeyir», «Günortanız xeyir», «Axşamınız xeyir».
Qonağın xahiş və istəklərinə diqqətli olmaq lazımdır. Mehmanxana işçisi, qonağa xidməti onun üçün rahat olanda deyil, müştəriyə lazım olduğu zaman göstərməyə həmişə hazırolmalıdır. İşçi müştəriyə qarşımüsbət münasibət nümayiş etdirməli, nəzakətlə, səsinintonunu qaldırmayaraq mehribancasına söhbət etməli, dalaşqan, aqressiv, qanacaqsız və sərxoş qonaqlarla ünsiyyətdə təmkinini qoruyaraq, öz narazılığını bildirməməlidir. Qonağı məlumatlandırmağı və ona hətta xoşagəlməz xəbərləri, məsələn, onun müəyyən məbləği ödəməli olduğunu, nəzakətlə çatdırmağı bacarmaq lazımdır.
Qonağın problemləri tez və təxirəsalınmaz şəkildə həll edilməli, qonağı mümkün qədər tez sakitləşdirmək üçün bütün imkanlardan istifadə olunmalıdır. İşçi problemi özü həll edə bilmirsə, o, müştərini problemi həll edə biləcək menecerin yanına göndərməlidir (ən yaxşısı isə onu müşayiət etməlidir).
• Temperament tiplərinə görə qonağın xüsusiyyətləri.
İnsanlar arasında davranış fərqliliyi temperament, xərakter baxımdan ferqlilikdən irəli gəlir. İnsanları fərqli hadisələr narahat edə və ya zövq verə bilər. Qonaqlama müəssisələrinə müxtəlif növ xarakterdə qonaqlar gələ bilərlər. Xidmət sektorunda personalın işində uğurlu olması müxtəlif xarakterli insanların xüsusiyyətlərini bilməkdən asılıdır. Bir qonağın seçimi digərini qane etməyə bilər.Turizmdə çalışan hər bir şəxsin əsas vəzifəsi hər bir qonağın xüsusiyyətlərini anlamaq və istədikləri xidməti tam təmin etməkdir.
Temperament insana irsən xas olan, davamlı xüsusiyyətlər toplusudur. Dörd temperament tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik.