Beynəlxalq mehmanxana konvensiyası, turizm agentlikləri və mehmanxana sahibləri arasında imzalanan və əməl olunan müqavilələri tənzimləyir. Müqavilə bağlayan tərəflər konvensiyanın müddəalarına riayət edəcəklərini öhdələrinə götürürlər.
Müqaviləyə əsasən, mehmanxana turizm agentliyi qarşısında, turistlərə xidmət təqdim edəcəyi barədə öhdəlik götürür. Mehmanxana xidmətindən müntəzəm istifadə edən turizm agentliyi, müəyyən müddətə müqavilə bağlayır. Bu halda turizm agentliyinə və ya təşkilata sıra nömrəsi verilir. Müqavilənin şərtinə uyğun olaraq, mehmanxana turizm agentliyinin göndərdiyi turistlərə yer və ya nömrə verir, xidmət göstərir.Bir çox turizm agentlikləri müəyyən mehmanxanalarla müqavilə bağlamağa səy göstərir. Mehmanxananı müntəzəm olaraq turistlərlə təmin edən şirkətlərə, turizm agentliklərinə, təşkilatlara güzəştlər edilir. Bu güzəştlər nömrələrə, yeməyə və həm də digər xidmətlərə aiddir.
Müqavilədə, sifarişin verilmə vaxtı, hesablaşma qaydaları və s. öz əksini tapır. Təşkilat və ya turizm agentliyi, mehmanxanada bir neçə nömrə və hətta mərtəbə sifarş edə bilər.
“Beynəlxalq mehmanxana qaydalarına”görə, müştəri mehmanxanaya təyin olunmuş vaxtdan gec gələrsə, bronun və bir günün pulu alınır.Brona görə, müştəri bir gündən artıq mehmanxanaya gecikərsə, bron ləğv olunur.Bronu ödəməkdən imtina edən, müştəri mehmanxanaya ümumi qaydada qəbul olunur.
“Beynəlxalq mehmanxana qaydaları”nda bronun məbləği göstərilmir. Bronun məbləğini və faizini otelin müdiriyyəti təyin edir. Adətən fərdi turistlər yerin, tarif üzrə 50%-ni ödəyir. Turist qrupları üçün güzəştlər nəzərdə tutulur və adamların sayına görə faiz müəyyən olunur.
2.4.1. QONAĞIN PSİXOLOJİ TİPLƏRİNİ MÜƏYYƏN EDİR
QONAQLARA XİDMƏTİN XÜSUSİYYƏTLƏRİ
Mehmanxana - fəaliyyəti qonaqlara xidmət göstərilməsinə yönəldilmiş bir müəssisədir. Bütün mədəni ənənələrə hörmətlə yanaşmaq, personal üçün şərtsiz qanundur.
Otelin xidmətçi personalının məqsədi səmimi və dostluq ab-havasını yaratmaqdır. Qonaqlar və əməkdaşlar bərabər hüquqlu iş güzar tərəfdaşlara çevrilərək, öz aralarında olan münasibətlərini qarşılıqlı hörmət əsasında qurmalıdırlar. Elə şərait yaradılmalıdır ki, hər bir qonaq öz problemləri və qayğıları barədə mehmanxananın istənilən əmək daşına müraciət edə bilsin və onun ümidləri özünü doğrultsun.
Qonaqlara daim qayğı göstərilməlidir, çünki qonaq, mehmanxanaya zəng etməsindən, məktub göndərməsindən və yaxud şəxsən gəlməsindən asılı olmayaraq otel üçün ən mühüm adamdır.