Müştəri bu blankı doldurub yenidən bronlaşdırma bölməsinə yollamalıdır.
Bağlanmış saziş əsasında otel nömrəni zəmanət bronu əsasında saxlayır. Otellərdə bronun ləğv edilmə müddəti və ya cərimə sanksiyaları müxtəlif ola bilər. Mehmanxana ilə müqavilə bağlayan şirkət, firma və təşkilatlar qonaqların maliyyə məsələlərini öhdələrinə götürürlər. Məsələn, təşkilat otelə yazdığı zəmanət məktubunda göstərir ki, qonaq müxtəlif səbəblər üzündən müəyyən olunmuş vaxtda gəlmədikdə, bron ləğv olunmazsa, təşkilat bir günlük ödənişə zəmanət verir. Məktubun məzmunu müxtəlif ola bilər, bu şirkət və otel arasında qarşılıqlı münasibətdən asılıdır. Turizm agentliyi tərəfindən verilən turist vauçeri otel üçün zəmanət sənədidir. Bu sənəd müştərinin turizm agentliyinə verdiyi ödənişi təsdiq edir.
3. Nömrənin zəmanətsiz bronu (non guaranted reservation)
Bu tip bron qonağın oteldə nömrə almasına zəmanət vermir. Qonaq otelə göstərilən vaxtdan gec gələrsə, onun nömrəsi başqa müştəriyə satıla bilər və həmin qonağa oteldəolan hər hansı boş nömrə veriləbilər.
Qonaqlar adətən zəmanətsiz brona üstünlük verirlər və hesab edirlər ki, bronun müəyyən olunmuş vaxtdan əvvəl otelə gələcək və heç bir öhdəlik götürmək istəmirlər. Lakin qonaq otelə, bronun göstərildiyi vaxtdan gec gələ bilər (Qatar və ya təyyarənin gecikməsi və s. səbəblərdən). Bu halda zəmanətsiz bronu, zəmanətli brona dəyişmək mümkündür. Bunun üçün qonaq otel ilə əlaqə saxlayır və gecikmənin səbəbini göstərir, mehmanxana qaydalarına uyğun zəmanətsiz bronu, zəmanətli brona dəyişir. Bronun dəyişməsi təxminən aşağıdakı üsulla həyata keçirilir:
1.
Otelin işçisi qonağın ad və soyadını soruşur və kompüterdə bronlaşdırma məlumatında tapır;
2.
kredit kartının tipi, nömrəsi, sahibinin adını qeyd edir;
3.
qonağın bronuna yeni təsdiqnamə nömrəsi qeyd olunur;
4.
kompüterin informasiya bazasına zəruri olan məlumatları qeyd edərək bronun növünü dəyişir.
4. Qrup bronlaşması (10 nömrədən çox sifariş olunur) fərdi bronlaşmadan fərqlənir. Bu zaman bronlaşma bölməsinin meneceri, qrup üçün bronlaşma sifariş edən şəxslə görüşür, danışıqlar aparır və qrupa xidmət göstərmək üçün müqaviləbağlanır.
Mehmanxana şəbəkələrinin inkişafı ilə əlaqədar mərkəzi bronlaşma sistemi yaradılmışdır. Mehmanxanaın nömrə fondunun 60-70%-i şəbəkənin mərkəzi bronlaşma sisteminin nəzarətindədir. Yerdə qalan nömrələri bir başa mehmanxanaya sifariş vermək olar. Mərkəzi bronlaşma sisteminin üstünlüyü ondadır ki, mehmanxananın nömrə fondunu doldurmağa imkan yaradır, səmərəli işləyir.
Mehmanxana, xidmətlərin təqdim etmə qaydalarına uyğun iki tərəfli müqavilə bağlaya bilər. Bu müqaviləyə əsasən, birbaşa sifarişləri qəbul edir.