2 .Zəmanətli bronlaşdırma (Guaranted reservation) müştərinin sifarişi əsasında, mehmanxananın göndərdiyi xüsusi təsdiqnamə, nömrənin bronlaşmasına zəmanət verir.
Müştəri mehmanxanaya sifariş etdiyi vaxtdan gec gələrsə, təsdiqnamə nömrənin saxlanılmasına zəmanət verir. Müştərinin kredit kartı varsa, nömrəsi qeyd olunur ki, bu da müştərinin gecikməsindən asılı olmayaraq mehmanxana nömrəsinin pulunun ödənilməsinə zəmanət verir.
Zəmanətli bronlaşma mehmanxana üçün əlverişlidir. Ona görə ki, ləğv olunan sifarişin pulu alınır və boş qalan nömrə yenidən satıla bilər.
Zəmanətli bronlaşdırmanın növləri:
•
qonaqlardan tam pulu ödənilmiş bron;
•
müəyyən hesabıödənilən bron (depozit,avans);
•
şirkət və ya təşkilatın zəmanəti ilə sifariş olunan bron (mehmanxananın şirkət ilə müqaviləsi
olmalıdır);
•
turizm firmasının vauçeri ilə zəmanətli bron.
Qabaqcadan tam pulu ödənilmiş bron qonağın mehmanxanada yaşadığı müddətə aid olunur. Qabaqcadan pul bank vasitəsi ilə otelin hesabına keçirilir.Pulun ödənişi haqqında təsdiqnaməni, otel qonağın mehmanxanaya gəlişinə bir sutka qalmış göndərməlidir.
Zəmanətli bronlaşmanın digər forması depozit (avans) ödəmədir. Bu halda müştəri sifariş olan nömrənin bir günlük və ya mehmanxanada yaşamaq müddətinin tam pulunu ödəyir.
Mehmanxana müştəridən sifariş olunan nömrənin pulunu avansla ödəməsini (əvvəlcədən) xahiş edir. Turist qruplarının mehmanxanada qəbulu üçün əvvəlcədən müəyyən hesab keçirilməlidir.
Kredit kartı ilə zəmanətli bronlaşdırma.
Bir çox bankların ödəniş sistemləri, mehmanxanaların sığorta siyasətini dəstəkləyir. Qonaq zəmanətli bron edib, otelə gəlmədiyi təqdirdə, kredit kartının sahibi pulu ödəməyə məcburdur. Ödəniş vaxtında yerinə yetirilməsə cərimə sanksiyaları tətbiq olunur. Otel bu üsulla özünü sığortalamalıdır. Müştərinin kredit kartının rekvizitləri əsasında, pul tutulur.
Bu prosesi həyata keçirmək üçün otel əvvəlcədən müştəriyə zəmanət bronunun blankını göndərir. Müştəri bu blankı doldurub yenidən bronlaşdırma bölməsinə yollamalıdır.
Kredit kartı ilə zəmanətli bronlaşdırma.
Bir çox bankların ödəniş sistemləri, mehmanxanaların sığorta siyasətini dəstəkləyir. Qonaq zəmanətli bron edib, otelə gəlmədiyi təqdirdə, kredit kartının sahibi pulu ödəməyə məcburdur. Ödəniş vaxtında yerinə yetirilməsə cərimə sanksiyaları tətbiq olunur. Otel bu üsulla özünü sığortalamalıdır.Müştərinin kredit kartının rekvizitləri əsasında, pul tutulur.
Bu prosesi həyata keçirmək üçün otel əvvəlcədən müştəriyə zəmanət bronunun blankını göndərir.