İri otellər vahid bronlaşma sisteminə malikdirlər. Hal-hazırda dünyada, bronlaşdırmanın 4 qlobal sistemi (Global Destribution Systems - GDS) mövcuddur. Bunlar Amadeus, Galileo, Sabre və Worldspan sistemləridir. Dünya bazarının 90%-i bu “qızıl dördlüyə” malikdir. Bronlaşdırmanın vahid resepti yoxdur, hər bir mehmanxana, müştərilərin heyətini dəqiq təhlil etməli, qiymət siyasəti yeritməlidir.
GDS qlobal sistem olmasına baxmayaraq bu sistemin hər birinin özünəməxsus yayılma məkanları var. Amadeus və Galileo Avropada, Sabre və Worldspan Amerikada daha genişyayılmışdır.
2.2.1. REZERVASİYA ETAPLARINI SADALAYIR
REZERVASIYA ETAPLARI
Rezervasiya edərkən aşağıdakı mərhələləri keçmək lazımdır:
1. Rezerv sorğusu;
2. Rezervin dəqiqliyi;
3. Rezervin qeyd edilməsi;
4. Rezervin kağız üzərində təsdiqi.
1. Rezervasiya sorğu blankında aşağıdakı məlumatlar öz əksini tapır:
1. Qonağın adı, soyadı;
2. Gəliş vaxtı;
3. Gediş vaxtı;
4. Qonağın sayı;
5. Otağın növü;
6. Otağın qiyməti.
2. Rezervasiyanın dəqiqliyi-təklif edilən rezervasiyaya cavab verilməsi nəzərdə tutulur.
Aşağıdakı
qaydalar yerinə yetirilir:
a) Bronun təsdiqi, qəbul edilməsi və ya rədd edilməsi;
b) Qəbul edilən bronda hər hasni dəyişik eilməsi istəyinin bildirilməsi.
3. Rezervin qeyd edilməsi zamanı rezerv sorğusunda qeyd olunan məlumatlar öz əksini tapmaqla
bir yerdə otaq satışını edən personalın adı, rezerv rədd olunarsa səbəbi və qonağın əlavə istəkləri
varsa, onların bildirişi öz əksini tapır.
4. Rezervin kağız üzərində təsdiqi - otellə qonaq arasında yazılı surətdə müqavilə bağlanması
deməkdir.
Rezervasiya müqaviləsində qeyd olunan məlumatlarla bir yerdə ilkin ödənişin olub olmaması və
qonağın razılığı yazılı imzası ilə bildirilir.