Menecer qəbul olunan sifarişi qeyd edir (qeydiyyat nömrəsi verilir) və safarişçiyə təsdiqnamə (confirmation), göndərir (Şəkil2.2.).təsdiqnamədə yerləşmənin tarixi, nömrənin dərəcəsi, qalma günlərinin sayı, safarişin nömrəsi göstərilir.
Mehmanxanaya gələn qonaq hər ehtimala görə təsdiqnaməni özü ilə gətirməlidir. Qonaq
mehmanxanaya gecikdiyi təqdirdə (saat 18:00-a qədər otelə gəlməzsə) təsdiqnamə zəmanət rolunu
oynaya bilməz. Zərurət yaranarsa otel bronu çıxarda bilər. Müştərinin otelə gec gəlməsi haqda qeyd
(late arrival) yoxdursa, müştəri mütləq mehmanxanaya 18:00-da gəlməlidir. Müştəri otelə nömrə
üçün depozit keçiribsə, gecikməsindən asılı olmayaraq nömrə saxlanılır (depozitin məbləğindən və
nömrənin tarifindən asılı olaraq).
Bronlaşdırma bölməsi nömrələrinsifarişini qəbul etməklə yanaşı, həm də bronu ləğv etmək işini
yerinə yetirir. Bron tam ləğv olunanda “Bronun ləğv olunması” blankını doldurur