2.1.1.
REZERVASİYA EDİLMƏ ÜSULLARINI DANIŞIR
REZERVASİYA EDİLMƏ ÜSULLARI
Mehmanxanada nömrə və ya yerin sifariş olunması bronlaşdırma (reservation) vasitəsi ilə həyata keçirilir. Bronlaşdırma, rezervasiya - əvvəlcədən müştəri ilə müəyyənləşdirilmiş tarixdə və müddətdə konkret müştərilərin ad, soyadına uyğun otellərdə, ekskursiyalarda, aviareyslərdə və s. yer ayrılmasıdır.
Mehmanxanada qonaqlara xidmət, rezervasiyadan başlayır. Yerin və nömrənin bronlaşdırılmasının məktub, sifahi, kompüter və s. üsulları var. Müştəri və ya təşkilat məktub- sifarişi faksla və ya poçt ilə mehmanxanaya göndərir. Belə bir sifarişi mehmanxananın bronlaşdırma bölməsində də tərtib etmək olar. Məktub-sifarişlərlə işi diqqətlə, səliqəli və düzgün aparmaq lazımdır. Bronlaşdırmayavəya ləğv olunmasına verilən hər bir məktub-sifariş qeydiyyatdan keçməlidir. Bron üzrə menecer sfariş olunan və ya ləğv edilən bronları vaxtında qeyd etməsə, mehmanxanaya gələn qonaq nömrə ilə təmin edilə bilməz və ya nömrə satılmamış qalar. Hər iki halda mehmanxananın nüfuzuna ziyan dəyəbilər.
Bron üçün verilən məktub-sifarişlər firma və təşkilatların blankında çap olunmalıdır. Bu blankda təşkilatın tam rekvizitləri öz əksini tapmalıdır (təşkilatın adı, ünvanı, tel., bankda hesab nömrəsi və s.).
RESERVATION SHEET
Bron anketi
Room/Otaq: Reservation/Bron:______________ Change/Dəyişiklik:_____________
Cancellation/Ləğv etmə:______________
_______________________________________________________________________________
Name/Soyadı:__________________Company/Firma:____________________________________
Adress/Ünvan:___________________________________________________________________
Zip Code/Poçt indeksi:_________ City/Şəhər:___________ Country/Ölkə: _____________
Phone no/Telefon:________________ Faxno/Faks: ________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
ArrivalDate/Gəlmə:_______________Departure Date/Getmə: _____________________
Room Cat/Nömrənin dərəcəsi:___No.of Room/Otaqsayı:___No.of Pax/Adam sayı:___
Price/Qiymət:______Smoking/Siqaret çəkir:______Nonsmoking/Siqaret çəkmir:____
Children/Uşaqlar:_________Add.bed/Əlavə çarpayı:____________________________