Nəqliyyat təşkilatı ilə müqavilə əsasında qonağa taksi təqdim olunur;
Mehmanxanaya məxsus olan nəqliyyat qonağa təqdim olunur (otelin qarajı və nəqliyyat üçün dayanacaq yeriolmalıdır).
Müqavilə əsasında taksi sifariş olunarsa, inzibatçı sürücü üçün kart yazır. Kartda otelin adı, otağın nömrəsi, avtomobilin nömrəsi, təyin olunmuş yerin adı göstərilir. Kartın surəti sürücüyə təqdim olunur. Qonaq pulun məbləğini sürücüyə verir.
Mehmanxanaya məxsus taksi sifariş olunarsa, inzibatçı otelin nəqliyyat xidmətinə məlumat verir. Bu halda da sürücüyə kart yazılır. Mehmanxanaya məxsus bütün nəqliyyatın üzərində otelin nişanı (emblemi), telefon nömrəsi olmalıdır.
Poçt - Otelə qonaqların ünvanına adi, sifarişli poçt, mətbuat, bağlama, faks, paket və s. daxil ola bilər. Poçt otelə qonaq gəlməmişdən əvvəl daxil olubsa, qeydiyyat zamanı qonağa verilməlidir və ya poçt, qonaq oteli tərk edəndən sonra daxil olubsa, onun ünvanına göndərilməlidir.
Qonağa faks təcili çatdırılmalı, sifarişli poçt şəxsən qonağa təqdim olunmalı, bağlama açılmamalıdır. Poçtun hər bir növü üçün standart əməliyyat mövcuddur.“Front Office”-dən açarı alan qonağa, ona aid poçtu, bağlamanı, faksı və s. təqdim edirlər.
1.6. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
• Ölkəmizdə yerləşən müxtəlif mehmanxanaları ulduz kateqoriyalarına bölərək araşdırmaq.
• Ölkəmizdə spa xidmətinin təşkil edildiyi otellər haqqında məlumat topla.
• Bakıda fealiyyət göstərən butik otellərhaqqında məlumat topla.
• Ölkəmizdə yerləşən müxtəlif şəbəkə otellərin loqosunu və baş inzibatçısının geyim
formalarını araşdırmaq.
• Otel daxili təşkilati quruluşu araşdır və sxemlə izah et.