Konsyerjlərin uniformasında bu nişan-qızıl açarlar çarpaz şəkildə ilmədə vurulub.
Konsyerj əsasən aşağıdakı xidmətləri göstərir:
•
Teatr və konsertlərə biletlərin alınması və ünvanına çatdırılması;
•
Qonaq üçün milli restoranda yemək sifariş edir;
•
Nəqliyyatın iş rejimi haqqında məlumatlar, dəmiryolu, təyyarə, avtobus biletlərinin sifarişi və yerinə
çatdırılması;
•
Bərbərxanada yerin sifarişi və hətta lazım gələrsə həkimin qəbuluna yazılmağı təşkil edir;
•
Şəhərin gəzməli, görməli yerləri, muzey, sərgi, mağazaların iş rejimi haqqında məlumat verir;
•
Müxtəlif hadislər zamanı qonaqlara kömək göstərir (həkimin, hüquqşünasın, notariusun çağırılması və s.);
•
Müştərilərin fərdi sifarişlərini yerinə yetirir (müxtəlif malların alışı, vizanın qeydiyyatı və s.);
Bəzi qonaqlar oteli tərk etdikdən sonra belə konsyerjin xidmətlərindən istifadə etməyə davam edirlər. Bu
o deməkdir ki, konsyerj keyfiyyətli iş görür və artıq o özünə daimi müştərilər qazanır. Bu həmçinin
oteli reputasiyasına da müsbət təsir edir. Belə ki, konsyerjin xidmətindən razı qalan qonaq oteli və
konsyerji öz digər tanışlarına da məsləhət görür. Və beləliklə marka öz sözünü deməyə başlayır və
müştərilər cəlb olunur.
Konsyerjlərə məhşur insanların, ulduzların assistentləri də tez-tez müraciət edir. Çünki, onlar bilirlər ki, otelin konsyerjindən hər şeyi öyrənmək olar. Bu da əlbəttə ki, işin keyfiyyətinin göstəricisidir. Onlar həmçinin lobbinin bütün personalının işini koordinasiya edir. Bunlara qapıçılar, yükdaşıyanlar, liftçilər daxildir. Bu xidmətin təşkili o qədər də çətin deyil lakin çox vacibdir.
Konsyerj işinin oteldəki spesifikasiyası ondan ibarətdir ki, o qonağa geniş əhatə dairəli xidmət təklif edir və bu xidmətlərin çoxu adətən otelin xaricində olur. Bunun bir müsbət cəhəti də ondan ibarətdir ki, qonaq hər şeyi bir əldən - konsyerjdən alır və digər təşkilat və şəxslərə müraciət etməyə vaxt sərf eləmir. Bütün bunlarla yanaşı qonaq gözlənilməyən hadisələrdən də sığortalanır. Çünki, bütün xidmət professional əllərdə cəmləşir.
Bütün xidmətləri keyfiyyətli şəkildə yerinə yetirmək üçün konsyerj otelin bütün həyatını xidmətlərini bilməlidir. Minimum 1 və ya 2 xarici dil biliyi olmalıdır. Hər zaman müsbət enerjini qorumalı, müəyyən dərəcədə psixoloq olmalı, müxltəlif biliklərə malik olmalı, öz işini professional şəkildə yerinə yetirməli, eyni vaxtda bir neçə işi görə bilməli və hər cürə informasiyaya çata bilməlidir. Həmçinin konsyerj xoş və yaddaqalan xarici görünüşə malik olmalı, səmimi şəkildə gülə bilməli və insanları özünə cəlb etməlidir.