Düz kəsikli və 1 santimetr diametrli ucluğu olan qənnadı torbası götürülür. Bezedən perqament kağızının üzərinə dairə üzrə 5 kürəcik sıxılır. Bezenin bir hissəsi sarı rənglə rənglənilir və hər gülün ortasına qoyulur. Hazır gülləri qurumaq üçün 2 saat ərzində sobaya qoyulur.
Göbələklər Göbələklərin hazırlanması məqsədilə, güllər üçün olan həmin taxmalar, şokolad, xaşxaş və ya yaşıl rəngli yonqar hazırlanır (Şəkil 4.46) |
||
|
||
Taxma stola perpendikulyar şəkildə tutulur və iki əllə torbanın ucuna basılaraq beze göbələk gövdəsi üçün lazım olan uzunluqda sıxılır. Barmaq soyuq su ilə isladılaraq bezenin sivri ucu hamarlanır. Göbələklərin papaqlarının hazırlanması üçün qənnadı şpris beze yarımfabrikatı ilə doldurulur. Qənnadı şprisi perqamentə perpendikulyar şəkildə tutulur və porşenə basılaraq əl yuxarı qaldırılmadan beze yumru papaq formasında sıxılıb çıxarılır (Şəkil 4.48). |
Ortada qalan sivri uc yaş barmaqla hamarlanır. Bişirilməzdən əvvəl, lazım olarsa, gövdəyə xaş-xaş səpilir, yaxud bişdikdən sonra gövdəyə qatı şirə çəkib xaş-xaş səpilir və ya yaşıl yonqarda yuvarlanılır. Papaq və gövdələr iki saatlıq 900C-dən yuxarı olmayan temperaturda sobada qurumağa qoyulur. Hazır papaq və gövdələr listdən götürülür. Məmulatlar yüngül, quru və kövrək olmalıdır. Papaqlar diş çöpünə keçirilir və əridilmiş şokolada salınır. Şokolad soyudulduqdan sonra gövdələrə şirə çəkilib papaqlar üstdən yapışdırılır. Göbələklərlə tortun üzəri, yaxud səbət-tort bəzədilir, ya da xırda pirojnalar kimi boşqaba düzülür.