Yumurtalar soyudulur və yumurta ağı sarısından tam ayrılır. Qazan qaynar su ilə yaxalanır ki, yağlı olmasın. Yumurta ağı təmiz və yağsız qazana əlavə edilir və mikserlə çalınır. Çalma prosesində mikserin taxmalarını qazanın divarlarına toxundurmaq arzuolunmazdır, çünki sıyrıntılar yaranacaq və yumurta ağı tündləşəcəkdir (Şəkil 4.41). |
||
Kütlənin həcmi iki dəfə çoxaldığı zaman şəkərin yarısı əlavə edilir və yüksək sürətlə 7-10 dəqiqə ərzində çalmağa davam edilir. Şəkərin qalan hissəsi əlavə edilir, limonun 1/3 hissəsinin şirəsi tökülür və kütlə tam qatı olana və mikserin taxmalarında dayanana qədər bərk olduqda çalma dayandırılır (Şəkil 4.43). |
Bəzəklərin hazırlanması
Güllər (Şəkil 4.45) |