Yarpaq Qalın kağız və ya perqamentdən kornetik düzəldilir. Kornetikin aşağısı qayçı ilə iki dəfə eyni şəkildə çəp formada kəsilir. Kornetik həcminin 1/3-i qədər kremlə doldurulur və yuxarıdan kip bağlanılır. Kornetikin sonu məmulatın səthinə yaxın və 300-lik bucaq altında saxlanılır və əl əvvəlcə düz, sonra isə bir az yana aparılaraq krem cəld sıxılır və sonra sıxma qəfil dayandırılır. Yarpağı sıxmağa davam edərək tortun kənarlarını bəzəyən haşiyə əldə edilir. Dalğavarı yarpaq çəkmək üçün əl asta şəkildə yox, kəskin şəkildə irəli və geriyə hərəkət etdirilir (Şəkil 4.30). |
||
Ulduzlar Dişli taxma götürülür. Dişlər nə qədər böyük olarsa, şəkil bir o qədər yaxşı alınacaqdır. Qənnadı torbası onun həcminin 1/3-i qədər kremlə doldurulur. Torba bəzədilən tortun səthinə şaquli şəkildə saxlanılır və krem bir dəfə kəskin sıxılır. Kremin sıxılması dayandırılaraq qənnadı torbası yuxarı qaldırılır (Şəkil 4.31). |
||
Ulduzlardan ibarət zəncir Dişli taxma götürülür. Qənnadı kisəsi bəzəyəcəyiniz səthə nisbətdə 450 bucaq altında saxlanılır (Şəkil 4.32). Kremin birinci burumu sıxılıb çıxarılır, növbəti burumun sıxılmasına birincinin sonundan onun azca örtülməsi ilə başlanılır və sona qədər bu şəkildə davam edilir. Bu naxışla tortun üstü və yanları bəzədilir. |
Buta
Düz kəsikli və ya dişli taxma götürülür. Bunun üçün əvvəlcə qənnadı torbası şaquli vəziyyətdə tutularaq sıxılır, sonra isə torba astaca çevrilərək kremin sıxılması dayandırılır. Birinci butanın sonuna ikincisi, ikincinin sonuna üçüncüsü və s. sıxılır. Bu naxış həm bir, həm də əks istiqamətdə yerinə yetirilir. Butaların növbəli şəkildə gah bir, gah da o biri istiqamətdə çəkilməsinə cəhd edilir. Dişli taxma ilə bir buta sağ tərəfə, digəri isə onun yanına - sol tərəfə sıxılır. Bu şəkildə tortun bütün səthi boyu gəzdirilir. Üstündən daha bir dişli zəncir sıxılıb çıxarılır, beləliklə, küknar ağacı alınır. Bütün yuxarıda göstərilmiş şəkillər