İkinci qat kremli tərəfinin üzüaşağı çevrilməsi ilə alt qatın üzərinə qoyulur (Şəkil 4.10). Tortun üzərinə çiyələklə qarışdırılmış yağlı krem çəkilir və konservləşdirilmiş çiyələk tikələri dairəvi sıralarla səliqə ilə düzülür. Tortun yanlarına çiyələkli içlik çəkilir. |
||
Kremli biskvit tortu (Şəkil 4.11) |
||
Əsas xəmirin resepti: yumurta - 6 ədəd; tozşəkər - 6 x.q.; əla sort un - 4 x.q.; nişasta - 1 x.q.; unla nişasta birlikdə - 1 stəkan (Şəkil 4.12). |
||
Krem üçün: qaymaq - 200 q; şəkər pudrası - 50 q.; kəsmik - 100 q.; banan - 1 ədəd (Şəkil 4.13). |
||
Biskvit sobadan çıxarılır və bir müddət soyuducuda saxlanılır. Hazır biskvit 4 hissəyə bölünür (Şəkil 4.14). |