1000 qramlıq tortun hazırlanması üçün lazım olan yarımfabrikatlar: mayasız laylı yarımfabrikat - 614 qram (Şəkil 4.6); |
||
Çiyələkli-yağlı krem - 554 qram; konservləşdirilmiş çiyələk - 526 qram; jele - 80 qram; yumurta ağından hazırlanmış krem - 58 qram (Şəkil 4.7); |
||
Yağlı “Şarlot” kremi - 142 qram. İki yumru laylı yarımfabrikat qatının üzərinə çiyələkli içlik ilə qarışdırılmış yağlı krem çəkilir (kremlə içliyin nisbəti - 1:1) (Şəkil 4.8). |
||
Alt qatın kreminin üzərinə doğranmış təzə və ya konservləşdirilmiş çiyələk düzülür (Şəkil 4.9). |