Bilmək lazımdır ki, "Abrikotin" tortu, adətən, kvadrat formaya malik olur. Tort üçün dairəvi və ya kvadratşəkilli beş kövrək korj bişirilir. Bıçaq və ya kürəkciyin köməyi ilə hər beş kövrək korja bərabər şəkildə yağlı krem çəkilir. Tortun kənarları bıçaqla düzəldilir və üzərinə biskvit qırıntıları səpilir. Çəhrayı pomadka hazırlanır (Şəkil 4.2). |
||
O, tortun üzərinə çəkilir (Şəkil 4.3). Pomadka donandan sonra tortun səthində qənnadı torbasının köməyi ilə şokoladlı-yağlı kremdən torşəkilli nazik xətlər çəkilir (diaqonal xətlərdən başlayaraq). Səthin kənarı ilə ağ kremdən haşiyə çəkilir. Tortun kənarlarına xırdalanmış qoz səpilir. Mastikadan kiçik qızılgül hazırlanır. O, tortun ortasında yerləşdirilir və ətrafına qozlar elə düzülür ki, çiçək yaransın (Şəkil 4.4). Hazır tortun keyfiyyətinə qoyulan tələblər aşağıdakılardır: forması - kvadrat; səthi çəhrayı pomadka ilə şirələnmiş, ağ şokoladlı krem və qozla bəzədilmiş; kənarlarına biskvit qırıntıları səpilmiş; kəsik - yağlı krem ilə yapışdırılmış beş kövrək korj; korjların xəmiri - kövrək, dadı - xoş və şirin. |
||
Çiyələk tortu (Şəkil 4.5) |