9. |
Tortu 1-2 saat soyuducuda saxlayıb sonra süfrəyə vermək və yalnız
çay, qəhvə və
digər isti içkilər servis edildikdən sonra tortu kəsmək məsləhətdir;
|
10. |
Qonaqlar süfrə arxasından qalxan kimi və yaxud ailədə tort
kəsilib yeyildikdən sonra
yerdə qalan hissə dərhal stoldan götürülüb soyuducuya qoyulmalıdır. Ev
şəraitində
soyuducuda yağlı kremlə hazırlanan tortu iki gündən, zülallı, xamalı və qaymaqlı
kremlə hazırlanan tortları bir gündən, bişmiş kremlə hazırlanan tortu isə 6
saatdan çox
saxlamaq məsləhət görülmür.
|
Tortların hazırlanmasında qat-qat, kövrək və biskvit xəmirindən istifadə olunur. Qat-qat xəmirdə əsas xəmirin resepti: əla sort un - 2 st; kərə yağı və ya marqarin - 200-300 qram; yumurta - 2 ədəd, duz - 1/4 ç.q.; su və ya süd - 2 x.q.. Yağ yumşaldılır, duz isə suda əridilib bütün xammalların yağın üstünə əlavə edilməsi ilə 3-5 dəqiqə ərzində xəmir yoğrulur. Xəmir dördkünc forma verilib urvalanır və kvadrat şəklində 10 mm qalınlığında yayılır. Sonra dördqat bükülür, yayılır və yenidən dördqat bükülür. Beləliklə, xəmir istifadə üçün hazırdır. Bu xəmiri soyuq otaqda soyudulmuş məhsullarla hazırlamaq məsləhətdir. Xəmirə yumurta - yumurta sarısı qatıldıqda məmulat yumşaq və kövrək olur. Kövrək xəmirin hazırlanma qaydası haqqında əvvəlki meyarda məlumat verilmişdir (1.1). Biskvit xəmiri isə 2 üsulla hazırlanır. Yumurta isidilməklə çalınmış biskvit xəmiri və yumurtanın soyuq halda çalınması ilə hazırlanan biskvit xəmiri. Tort istehsalında yumurta isidilməklə alınan biskvit xəmirindən istifadə olunur. Əsas xəmirin resepti: yumurta - 6 ədəd; toz-şəkər - 6 x.q.; nişasta - 1 x.q.; unla nişasta birlikdə - 1 stəkan. Yumurta dərin qazan və ya mikserə tökülüb üzərinə toz-şəkər əlavə edilir. Qazan və ya mikserin qabını su hamamına yerləşdirib fasiləsiz çalmaqla kütləni 40-50 dərəcə tempratura qədər qızdırmaq lazımdır. Sonra qazanı su hamamından çıxarıb soyuyana qədər yenidən çalmaq lazımdır. Bu müddətdə kütlənin həcmi 3-4 dəfə artır. Çalınmış kütləyə ələnmiş unla nişasta əlavə edilib dərhal eynicinsli kütlə alınana qədər qarışdırılır. Beləliklə, xəmir istifadə üçün hazırdır. Qat-qat, biskvit və kövrək xəmirlə hazırlanan tortların bir neçəsinin hazırlanması ilə tanış olaq.
Abrikotin tortu
Çəkisi 1000 qram olan kövrək "Abrikotin" tortunun hazırlanma qaydası üzrə lazım olan xammal və yarımfabrikatlar: kövrək yarımfabrikat - 500 qram; meyvə və ya şəkərləmələr - 25 qram; yağlı "Şarlot" kremi - 275 qram; əsas ağ pomadka - 210 qram; qovrulmuş qoz - 9 qram; "Abrikotin" likörü - 25 qram; biskvit qırıntıları - 6 qram (Şəkil 4.1).