Şirniyyat məmulatlarının hazırlanması
|
Təlim nəticələrinin qiymətləndirilməsi
|
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. Yarpaq peçenyesinin keyfiyyətinə qoyulan tələblərdən hansı doğrudur?
A) Üstü - deformasiyalı;
B) Forması - yarpaqşəkilli;
C) Rəngi - açıq-sarı;
D) Xəmiri - bərk.
2. Eklerin hazırlanması prosesi neçə elementdən ibarətdir?
A) 5;
B) 4;
C) 2;
D) 3.
3. Aşağıdakılardan hansı vaflinin hazırlanması zamanı yaranan qüsurlara aid deyil?
A) Vərəqlər məsaməlidir;
B) Xəmir topa şəkillidir;
C) İçlik vaflinin kənarlarından çıxır;
D) Rəngi qeyri-bərabərdir.
4. Şəkərli xəmirin hazırlanmasında aşağıdakı inqrediyentlərin hansından istifadə
olunmur?
A) Un;
B) Yumurta;
C) Üzüm sirkəsi;
D) Cövhərlər.
5. Şəkərli xəmirdən hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələblərdən hansı
doğru deyildir?
A) Forması - saxlanmış;
B) Səthi - relyefli;
C) Rəngi - açıq-qırmızı;
D) Dadı - şirin.
6. Yarpaq peçenye xəmirinin qalınlığı neçə mm. olan lay şəklində açılır?
A) 7-8;
B) 6-7;
C) 8-9;
D) 9-10.