Ballı keks
Xəmir yoğrulacaq qaba bal tökülür, üzərinə
isə çay əlavə edilib qarışdırılır. Portağal qabığı
sürtgəcdən keçirilir. Sonra balın üzərinə növbə ilə
şəkər kirşanı, bitki yağı, xırdalanmış qoz ləpəsi,
soda, darçın və portağal qabığı əlavə edilib səylə
qarışdırılır, sonda isə un tökülüb xəmir yoğrulur
(Şəkil 3.37).
- Əla sort un - 420 qram;
- bal - 200 qram;
- tünd dəmlənmiş çay - 240 ml;
- şəkər kirşanı - 140 qram;
- bitki yağı - 39 ml;
- xırdalanmış qoz və ya fındıq ləpəsi - 1 st.,
- soda - 1 ç.q.;
- darçın - 1 ç.q.;
- portağal qabığı - 1 ədəd.
|
|
Şəkil 3.37 Ballı keks
|