Çox çalındıqda piroq bişərkən içində çuxurlar
əmələ gəlir. Əldə olunan kütlə nə çox qatı, nə çox
duru olmalıdır (Şəkil 3.33).
|
|
Şəkil 3.33. Standartlara uyğun hazır xəmir
|
Bir hissənin üzərinə kakao tozu əlavə edilib
qaşıqla yaxşı qarışdırılır. Sobanın temperaturu 180
dərəcə temperatura uyğun tənzimlənir. Diametri 23
santimetr olan dibi yapışmaz yumru tort formasının
dibi və kənarları azacıq yağlanıb üzərinə
perqament kağızı sərilir. Ağ qarışıqdan 3 yemək
qaşığı götürülür və formanın ortasına əlavə edilir.
Ortasına 3 qaşıq kakaolu qarışıq əlavə edilir (Şəkil
3.34).
|
|
Şəkil 3.34. Kakaolu qarışığın əlavə edilməsi
|
Qarışıqları yaymaq və formanı tərpətmək
olmaz. Xəmir öz-özünə yavaş-yavaş yayılır (Şəkil
3.36).
Keks sobada 40 dəqiqə müddətində bişirilir.
Soba ilk 20 dəqiqə ərzində heç açılmır, yoxsa keks
şişməz. Keksin hazır olub-olmamasını yoxlamaq
üçün içərisinə kibrit batırılıb çıxarılır. Çıxan kibritə
xəmir yapışmayıbsa, keks hazırdır. Keks formadan
çıxarılır və soyumağa qoyulur. İstəyə uyğun
soyumuş keksin üzərinə şəkər kirşanı səpilir və ya
şokoladlı qlazur yayıla bilər.
|
|
Şəkil 3.36. Hazır keks qarışığı
|