Qıcqırtma üsulu ilə kişmişli mayalı xəmir hazırlanır (Şəkil 3.27). |
||
Hazır mayalı xəmir müvafiq çəkidə hissələrə bölünür, onlardan kürəciklər düzəldilir və kəsik tərəfi üzü aşağı olmaqla yağlanmış formalara qoyulur (xəmir formanın hündürlüyünün 1/3-ni tutmalıdır) (Şəkil 3.28). |
||
Xəmir yarımfabrikatları qabartma üçün 35- 400C-də 50-65 dəqiqə saxlanılır. Qabartmadan sonra məmulatların üstünə yumurta çəkilir və bir neçə yerdən 2-3 sm dərinlikdə deşiklər açılır ki, qabığın altında boşluqlar əmələ gəlməsin (Şəkil 3.29). |
||
Formalara qoyulmuş xəmir bərabər bişirilməsi üçün şirniyyat listlərinin üzərində biri-birindən bir qədər aralı yerləşdirilir və sobada bişirilir. Hazır soyudulmuş məmulatların üst tərəflərinə şəkər kirşanı səpilir (Şəkil 3.30). Bilmək lazımdır ki, kekslər çəki və say hesabı ilə bişirilir. |