Üzərinə temperaturu 18 dərəcədən yüksək olmayaraq suyun qalan hissəsi və unun 50%-i əlavə edilib 6-8 dəqiqə qarışdırılır (Şəkil 3.22). |
||
Sonra unun qalan hissəsi tədricən səpilib 15 dəqiqə müddətində hazır olana qədər yoğrulur. Hazır xəmir 2 mm-lik oyuqları olan ələkdən keçirilir. Xəmir yaxşı qarışdırılmalı və düyünsüz olmalıdır (Şəkil 3.23). Çöküntü yaranmasın deyə bişirmə prosesində xəmir mütəmadi olaraq qarışdırılmalıdır. Hazır xəmirin rütubətliliyi 65%, temperaturu isə 15-20 dərəcə olmalıdır. |
Laylı şirin vafli qatı
Maşının dərin qabına yumurta sarısı, soda, duz və su (normanın 50%-i) daxil edilir və eyniadlı kütlə alınana qədər 30-40 saniyədən çox olmayaraq qarışdırılır, sonra isə şəkər kirşanı və ya şəkər tozu əlavə edilib bir neçə dəqiqə şəkər həll olunana qədər qarışdırılır. Daha sonra unun qalan hissəsi, vanil kirşanı, həmçinin, 35-37 dərəcəyə qədər isidilmiş kərə yağı əlavə edilir. Yağ nazik axınla axıdılmalıdır. Sonra xəmir 8-10 dəqiqə qarışdırılır.
Un xəmirə tədricən əlavə edilməlidir, əks halda qeyri-bərabər paylama zamanı bərk və dartılan xəmir alınar. Belə xəmir formalarda yaxşı yayılmır və pis bişir. Şəkərlə hazırlanmış vafli qatları özünün xırçıltılı olma xüsusiyyətini saxlayır və 9%-ə qədər rütubətliliyi olur. Şəkərsiz hazırlanan vafli vərəqləri isə 6,5% rütubətlilikdə bu xüsusiyyəti itirir.
Vafli vərəqləri eyni ölçüdə, çatsız, ləkəsiz və qabarcıqsız olmalıdır, şəkərsiz vafli vərəqlərinin rəngi açıq-sarımtıl, şəkərli vafli vərəqlərininki isə açıq-qəhvəyi olmalıdır.
İçlikli vafli borucuğu Vafli xəmiri krem çalan maşının qazanında hazırlanır. Əvvəlcə şəkər kirşanı, duz və unun 1/3 hissəsi su ilə qarışdırılır, sonra isə üzərinə yumurta sarısı əlavə edilib 10-12 dəqiqə çalınır. Kütlənin üzərinə yumşaldılmış yağ, unun qalan hissəsi, soda və vanil kirşanı əlavə edilib bir az daha 5-8 dəqiqə çalınır. Bişdikdən sonra vafli vərəqləri borucuq şəklində burulur (Şəkil 3.24). |