Reseptə uyğun müxtəlif növ vaflilər üçün xəmirin hazırlanması
Vafli - səthində müxtəlif bəzəkləri olan nazik biskvit növüdür. Vafli sözü mənşəyini holland sözü olan «waffel» gotürüb. Bu söz XVIII əsrdə waffle sözünə dəyişmiş və dilimizə bu şəkildə keçmişdir. Vafli qatları arasına daha çox krem, zövqə uyğun olaraq dondurma, giləmeyvə və s. içliklər də çəkilir. Vafli həmçinin digər qənnadı məmulatlarında da istifadə edilə bilər. Mayasız şəkər xəmirindən hazırlanan məhsullardan biri də vaflidir. Vafli xəmiri analoji olaraq blin xəmiri kimi hazırlanır, lakin daha çox məsaməli olsun deyə resepturaya yumşaldıcılar qatılır və intensiv olaraq çalınır. Xəmiri uzun müddət saxlamaq olmaz. Bişirilənə qədər xəmir aşağı temperaturda saxlanılmalıdır. Xəmir üçün orta yapışqanlığı olan undan (30%-ə qədər) istifadə olunması məsləhət görülür. Hazır xəmir kiçik porslar şəklində olur. Bəzi vaflilərin hazırlanma reseptinə daxil edilən şəkər, bitki yağı və yumurta sarısı xəmirin rütubətliliyini azaldır. Şəkərin əlavə edilməsi yüksək rütubətlilikdə vaflinin xırçıltılı olma xüsusiyyətini qoruyur (Şəkil 3.20).